• Penovani (xaçapuri) resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 193 575

Tarix : 19-08-2014, 12:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Penovani - qat-qat xəmirdən hazırlanan xaçapuridir. Onu isti yemək kimi, bişəndən dərhal sonra süfrəyə verirlər.

Tərkibi:
550 q un
400 ml 3,2%-li süd
60 q kərə yağı
2 yumurta
300 q suluquni
300 q imeretiya pendiri
10 q şəkər tozu
5 q quru maya
10 q iri duz

Hazırlanması:
Mayanı bir qədər isti süddə əridin, şəkər tozu, 1 yumurta, azca un (xama qatılığınadək) əlavə edib qarışdırın, yarım saat isti yerdə saxlayın. Barata qalxanadək unun yerdə qalanını ələyin, iri duz və 20 q kərə yağı ilə qarışdırın.
Penovani (xaçapuri) resepti - FOTO RESEPT


Barata qalxan kimi onu yağla qarışdırılmış una əlavə edin, südün qalanını da töküb çox bərk olmayan xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuya qoyun. 1,5 saatdan sonra, xəmir artandan sonra, çıxarıb 70 q-lıq kündələrə ayırın.
Penovani (xaçapuri) resepti - FOTO RESEPT


Çörək taxtasının üstünə un səpib kündələri kvadrat formasında yayın. Yaydığınızı ikiqat qatlayıb yenə nazik yayın. Bu proseduru üç dəfə təkrarlayın. Əgər lavaş yapışırsa, azca un səpin.
Penovani (xaçapuri) resepti - FOTO RESEPT


Pendiri iri hissələrə doğrayıb sürtgəcdən keçirin. 20 q kərə yağı, 1 yumurta əlavə edib yaxşıca qarışdırın (qarışıq çox hamar, eynicinsli olmamalıdır). Yaydığınız kvadratların ortasına qoyub zərf kimi bükün.
Penovani (xaçapuri) resepti - FOTO RESEPT


220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Yağın qalanını əridib hazır penovanilərin üzərinə fırça lə çəkin.
Penovani (xaçapuri) resepti - FOTO RESEPT


* Əgər belə xəmiri hazırlamağa vaxtınız yoxdursa, hazır xəmirdən istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurta, əlavə, qarışdırın, qalanını, sonra, hazır, yerdə, Barata, yayın, xəmir, şəkər, xəmirdən, qatlayıb, nazik, proseduru, ikiqat, hamar, olmamalıdır, eynicinsli, təkrarlayın
BİZİ İZLƏYİN