• Tənbəl arvadın düşbərəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 547

Tarix : 19-08-2014, 22:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Hə, "tənbəllik" mövzumuz davam edir. Bəzən mağazadan alınmış yarımfabrikat düşbərə (pelmen) yeyilmir, təbii, ev düşbərəsinin dadını vermir axı. O zaman bu resept dada çatar.

Tərkibi:
450 q düşbərə
4 yumurta
150 q pendir
200 q mayonez

Hazırlanması:
İstənilən yarımfabrikat düşbərə yarayır. (Hətta şam yeməyindən artıq qalmış ev düşbərəsi də).

Donunu açmadan odadavamlı qaba bir lay döşəyin.
Tənbəl arvadın düşbərəsi resepti - FOTO RESEPT


Yumurtalara mayonez qatıb çəngəllə eynicinsli kütlə halına gələnədək çalın. Duz vurmaq lazım deyil, mayonezin duzu kifayət edər.
Tənbəl arvadın düşbərəsi resepti - FOTO RESEPT


Bu qarışığı düşbərənin üstünə tökün. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin. İsti sobaya qoyub hazır olanadək bişirin.
Tənbəl arvadın düşbərəsi resepti - FOTO RESEPT


Pendir əriyib qızaranda, demək ki, tənbəl arvadın düşbərəsi hazırdır.
Tənbəl arvadın düşbərəsi resepti - FOTO RESEPT


Həm isti, həm də soyuq çox dadlı olur.
Tənbəl arvadın düşbərəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: düşbərə, düşbərəsi, yarımfabrikat, pendir, mayonez, düşbərənin, üstünə, tökün, keçirilmiş, sürtgəcdən, Üstünə, kifayət, çalın, gələnədək, vurmaq, lazım, mayonezin, deyil, qarışığı, sobaya
BİZİ İZLƏYİN