• Ayı pəncəsi bulkası resepti

Reseptin məlumatları Baxış sayı: 22 254

Tarix : 21-08-2014, 06:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

250 q yumşaldılmış kərə yağı
1/2 armudu stəkan ilıq su
15 q quru maya
3 yumurtanın sarısı
2 ç.q. şəkər tozu
1 ç.q. duz
3/4 su st. süd
4,5 st. (500 q) un

İç:
4-5 ədəd kartof
100 q ağ pendir
3 yumurtanın ağı
istiot
duz

Üzərinə:
1 yumurtanın sarısı

Hazırlanması:
Göstərilən ərzaqlardan xəmir yoğurub 1 saat müddətində, həcmi iki dəfə artıncayadək isti yerdə saxlayın.

Kartofu suda bişirin. Püre halına salın. Pendiri çəngəllə əzin. 3 yumurtanın ağı, duz və istiotla birlikdə kartofa əlavə edin. Zövqünüzə görə digər ədviyyatlar və göyərti, həmçinin soğan əlavə edə bilərsiniz.

Gəlmiş xəmirdən 18 kündə tutun. Hər birini dördbucaq formada yayın. Uzun tərəfi boyunca içdən qoyub rulet kimi bükün. Hər ruletin "tikiş" olan tərəfini alta qoyun. Kənarlarından bərabər məsafələrdə bıçaqla 5 kəsik atın, sonra aypara kimi əyin. Bütün ruletləri bu qaydada hazırlayandan sonra içinə perqament döşənmiş siniyə düzün, üzərinə yumurta sarısı çəkin, əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üstü qızarıncayadək bişirin.

Nuş olsun!
Etiketlər: yumurtanın, sarısı, əlavə, xəmir, bişirin, sonra, üzərinə, tikiş, Kənarlarından, bıçaqla, məsafələrdə, bərabər, qoyun, tərəfini, rulet, yayın, formada, dördbucaq, tərəfi, boyunca
BİZİ İZLƏYİN