• Alman bulkaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 20 806

Tarix : 21-08-2014, 22:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

500 q un
130 ml su
130 ml süd
75 q kərə yağı və ya marqarin
7 q quru maya
1 ç.q. duz

Qaynatmaq üçün:
1,5 l su
3 x.q. soda

Üstünə:
küncüt, xaş-xaş, çörəkotu və s.

Hazırlanması:
Xəmiri çörəkbişirən aparatda da yoğura bilərsiniz. İsti süd, su və mayanı qarışdırıb 10 dəqiqə saxlayın.
Alman bulkaları resepti - FOTO RESEPT


Un, duz, yağ əlavə edin. Aparatda hazırlayırsınızsa, "Xəmir yoğurmaq" rejiminə qoyun. Yoxsa, əlinizlə yoğurun.
Alman bulkaları resepti - FOTO RESEPT

Alman bulkaları resepti - FOTO RESEPT


Xəmiri 12 yerə bölün. İstənilən formada bulka hazırlayın. Üzərini qida plyonkası ilə örtüb həcmi iki dəfə artıncayadək saxlayın.
Alman bulkaları resepti - FOTO RESEPT


"Hamam": enli qazanda suyu qaynadın, soda əlavə edin (ehtiyatlı olun, çox qabarır və sıçrayır). Bulkaları qaynar sodalı suda 5-7 saniyə saxlayın.
Alman bulkaları resepti - FOTO RESEPT


Bulkaları çıxarıb perqament döşənmiş siniyə düzün. Üzərinə küncüt, xaş-xaş və s. səpin. 160 dərəcə qızdırılmış sobada təxminən 25-35 dəqiqə, qızaranadək bişirin.
Alman bulkaları resepti - FOTO RESEPT

Alman bulkaları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: saxlayın, Xəmiri, Bulkaları, dəqiqə, küncüt, əlavə, Xəmir, qaynar, saniyə, sodalı, sıçrayır, ehtiyatlı, artıncayadək, həcmi, Hamam, qazanda, çıxarıb, qaynadın, qabarır, örtüb
BİZİ İZLƏYİN