• Qrissini çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 19 541

Tarix : 24-08-2014, 02:00

Bölmə : Xəmir işləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
1 st. su
1 ç.q. quru maya
1 ç.q. şəkər tozu
1 ç.q. duz
iri duz, razyana, yaxud keşniş toxumu (üstünə səpmək üçün, zövqə görə)

Qrissini - şorba, bulyon, yaxud da qəhvə, süd və ya çayla çox dadlıdır.

Hazırlanması:
Mayanı isti suda əridin. Duzu masanın üstünə ələyin. Ortasında çuxur açın, mayalı suyu, duz və şəkəri oraya tökün. Lazım gəldikcə un əlavə edərək yumşaq, elastik xəmir yoğurun. Üstünə qida plyonkası çəkin. 40 dəqiqə saxlayın. Xəmiri diametri 4 sm qalınlıqda olan kolbasa halına salın. Sonra bu "kolbasanı" da 2 sm enində doğrayın. Hər belə hissəni əlinizlə nazik uzun jqut halına salın. Sonra isə ortasından tutub spiral kimi bükün.

Bu qayda ilə xəmirdən qrissinilər hazırlayın. Yağlanmış siniyə bir-birindən 1 sm aralı olmaqla düzün.
Üstünə üyüdülmüş razyana, yaxud keşniş toxumu və ya iri duz səpin.

Orta istilikli sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yaxud, razyana, salın, keşniş, toxumu, Üstünə, üstünə, halına, Sonra, dəqiqə, doğrayın, enində, hissəni, plyonkası, nazik, əlinizlə, çəkin, kolbasa, kolbasanı, ortasından
BİZİ İZLƏYİN