• Bükmə (içi gozlu və kakaolu) resepti

Reseptin məlumatları Baxış sayı: 5 389

Tarix : 27-07-2017, 17:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
Xəmiri üçün:
2stakan un
100 gr kərə yağı
1y.g. şəkər tozu
1yumurta
1ç.g. gabartma tozu
3-4 y.g. smetan ( 15-20%)
1cimdik duz

Hazırlanması:
1. Unu,gabartma tozunu bir gaba ələmək, duz vurmak. Soyug kərə yağını xırda küplərə doğramak və barmaklarınız ucu ilə yağı una yedizdirmək,yəni umac halına gətirmək. Bunu cəld etmək lazımdır ki, yağ əriməsin.
2. Alınan unlu umaca şəkər gatmag, garışdırmak.
3. Unun ortasında bir çuxur açmak, yumurta və 3 y.g. smetan əlavə etmək. Tez cəld hərəkətlərlə xəmiri yoğurmax. Bunu tez və gısa müddətdə etmək lazımdı ki, xəmirin içindəki yağ əriməsin.Yəni heç yoğurmak olmaz bu xəmiri, top halına gələn kimi iş bitdi.Əgər görsəniz ki, xəmir toplanmır, onda biraz da smetan gatın.
10-15 dəg. soyuducuya goyun.Bu zaman isə bükmənin içini hazırlamak lazımdır.

İçlik:
1stakan goz
3y.g. kakao
4y.g. şəkər tozu
6-7 y.g. süd

Hazırlanması:
1. Gozu xırdalayın.
2. Süddən başga bütün ərzagları dibi galın bir gaba goyun və garışdırın.
3. Südü əlavə edin və ocağın üstünə goyun. Gatı bir məhlul alınacak, ancak odun üstünə goyan kimi durulaşacak, ona görə əlavə süd tökməyin, belə olmalıdır. Zəif od üstündə garışdırarak gaynamasını gözləyin. Elə ki gaynadı, 1-2 dəg. gözləyin və ocaxdan alın.
4. İçlik hazırdır. Halva kimi yayılan yapışgan bir məhlul olur. Onu da deyim ki, içlik soyuyanda gatılaşır və bərkiyir. Bundan gorxmayın, odun üstünə goyan kimi yenə yumuşalacak.
İçliyin biraz ilınmasını gözləyin.
5. Ona gədər xəmiri soyuducudan götürün və masanı biraz unlayarak nazik bir kündə açın. İlınmış gozlu içliyi gaşıxla kündənin hər tərəfinə eyni galınlıgda yayın və kündəni bükün.
Bütün içliyi istifadə edin ( simiclik etməyin) , içlik nə gədər bol olursa şirniyat o gədər dadlı olur.
6. Əvvəlcədən 180t isidilmiş sobada 20-25 dəg bişirin. Hazır bükmənin biraz soyumasını gözləyin, sonra üstünə şəkər kirşanı səpin.

Nuş olsun!
Etiketlər: gözləyin, üstünə, biraz, şəkər, gədər, goyun, əlavə, xəmiri, etmək, smetan, məhlul, içlik, əriməsin, bükmənin, lazımdır, içliyi, gabartma, goyan, İçlik, halına
BİZİ İZLƏYİN