• Mayalı xəmirdən hazırlanan dadlı kətə resepti

Reseptin məlumatları Baxış sayı: 20 644

Tarix : 9-07-2017, 22:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
5 st. un,
1 ədəd yumurta,
3 x.q. duru yağ,
1 ç.q. maya,
su (aparan qədər)

İçlik üçün:
200 qr yağ,
4 st. un,
1 st. şəkər tozu,
1 paket vanil,
sarıkök

Üzəri üçün:
yumurta sarısı,
küncüt

Hazırlanması:
Əvvəlcə xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerdə 1-2 saat saxlayırıq. Bu müddət ərzində xəmiri götürərək, 2 dəfə yenidən yoğururuq. Hazır olduqdan sonra xəmirdən 4 bərabər ölçülü kündə tuturuq. Hər birini yayıb, üzərinə içlik səpirik. Rulet kimi büküb, ağzı “ziq-zaq” bıçaqla kəsirik. Soba qabına düzüb, üzərinə yumurta sarısı çəkərək, küncüt səpirik. 180 dərəcə istilikli sobada bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, küncüt, səpirik, üzərinə, sarısı, yoğururuq, xəmir, tuturuq, birini, yayıb, bişiririk, kündə, ölçülü, sonra, xəmirdən, bərabər, sobada, içlik, dərəcə, çəkərək
BİZİ İZLƏYİN