• Dadlı, ləzzətli kətə resepti

Reseptin məlumatları Baxış sayı: 94 658

Tarix : 12-08-2017, 22:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
3.5 st. un,
250 qr yağ,
2 ədəd yumurta sarısı,
200 qr xama ( və ya qatıq),
0.5 ç.q. soda,
1 paket vanil

İçlik üçün:
150 qr yağ,
1.5 st. un,
1.5-2 st. şəkər tozu
1 paket vanil

Hazırlanması:
Xəmiri hazırlamaq üçün əvvəlcə un və yağı əlimizlə ovaraq umac edirik. Üzərinə yumurta, xama, vanil və soda(həll olmuş) əlavə edib, az miqdarda duz tökərək xəmir yoğururuq. Xəmiri 4 bərabər hissəyə ayırıb kündələr tuturuq.

İçliyi üçün qeyd olunmuş bütün ərzaqları qarışdırılaraq umac edirik. *Qeyd. Unu qovura da bilərsiniz.

Hazırladığımız kündələrdən birini götürüb yayırıq. Üzərinə içliyin 1/4 hissəsini eyni bərabərdə səpirik. Ehtiyala rulet şəklində bükürük və ağzı dilikli bıçaqla kəsirik. Digər kündələri də eyni qayda ilə hazırlayırıq.

Son olaraq üzünə yumurta sarısı çəkib 200 dərəcə qızmış sobada bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, vanil, Xəmiri, sarısı, edirik, Üzərinə, paket, rulet, Ehtiyala, bükürük, dilikli, şəklində, içliyin, götürüb, birini, yayırıq, bıçaqla, bərabərdə, hissəsini, səpirik
BİZİ İZLƏYİN