• Bulka resepti

Reseptin məlumatları Baxış sayı: 172 262

Tarix : 3-08-2017, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. ilıq süd
1 st. ilıq su
1 st. bitki yağı
2 ədəd yumurta ağı (sarısı üzərinə)
1 x.q. maya
1 çimdik duz
4 x.q. şəkər tozu
6 st. un

Hazırlanması:
İlk öncə mayanı 2-3 x.q. su ilə qarışdıb, 1 çimdik şəkər tozu qatırıq və kənarda saxlayırıq. Bir qabda süd, su ,yağ, şəkər tozu, yumurta ağı və duzu qarışdırırıq. Üzərinə az-az un əlavə edərək, yumşaq xəmir əldə edirik. Hazır olmuş xəmiri köpməsi üçün isti yerde saxlayırıq.
*Qeyd. bulkanın yumşaq olmağı üçün xəmiri bir neçə dəfə yoğurmaq lazımdır (yarım saatdan bir).
Hazır olmuş xəmiri kündələyirik. İçinə zövqə görə cem, kişmiş və s. əlavə edirik. Üzərinə əridilmiş yağ çəkirik və şəkər tozu səpib, rulet kimi bükürük. Uzununa 2 yerə kəsib, zolaqları bir-birinə dolayırıq və uclarını birləşdiririk. Listə düzüb, 20 dəq. gözləyirik. Üzərinə yumurta sarısı çəkirik və 200-220 dərəcədə bişiririk.

Nuş olsun!
Etiketlər: şəkər, xəmiri, Üzərinə, yumurta, yumşaq, edirik, olmuş, çəkirik, saxlayırıq, Hazır, əlavə, sarısı, çimdik, rulet, bükürük, Uzununa, səpib, uclarını, zövqə, kişmiş
BİZİ İZLƏYİN