• Sazan balığının şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 074

Tarix : 17-12-2014, 13:00

Bölmə : Balıq yeməkləri / Şorbalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Böyük sazan balığının başı
2 ədəd incə doğranmış baş soğan
1,5 xörək qaşığı un
1 xörək qaşığı tomat
1 xörək qaşığı kərə yağı
1 ədəd doğranmış pomidor
5-6 ədəd yaşıl ərik
2 dəfnə yarpağı
10-12 ədəd qara bibər
1/2 dəstə incə doğranmış kərəviz
1/2 dəstə incə doğranmış şüyüd
1/2 dəstə incə doğranmış təzə nanə
1/2 dəstə incə doğranmış yaşıl soğan
1/2 dəstə təzə sarımsaq
Duz
Qırmızı pul bibər
Qara bibər
1 limonun suyu
1 yumurtanın sarısı

Hazırlanması:
Ağzı bağlı, "fitli" adlanan qazanın içinə yağ tökün, soğanı orada ağarana qədər qızardın, yumşaldın, unu əlavə edərək təkrarən qovurun, doğranmış pomidor və tomatı əlavə edərək qovurmağa davam edin.

Sonra üzərinə 1 litr isti su əlavə edərək qaynamasını gözləyin. Qaynadıqda duz, sazan balığının başını, ərikləri qoyun, qazanın qapağını bağlayın və vam odun üzərində 30 dəqiqə saxlayın.
Sonra odu söndürün, qazanı soyudun, soyuyandan sonra qazandakı şorbaya göyərtiləri əlavə edərək azacıq qaynadın, limon suyu və yumurta sarısını əlavə edin, bir qədər bişirin. Süfrəyə verərkən qırmızı bibər əlavə edin.
Sazan balığının şorbası resepti - FOTO RESEPT

Sazan balığının şorbası resepti - FOTO RESEPT

Sazan balığının şorbası resepti - FOTO RESEPT

Sazan balığının şorbası resepti - FOTO RESEPT

Sazan balığının şorbası resepti - FOTO RESEPT

Sazan balığının şorbası resepti - FOTO RESEPT

Sazan balığının şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğranmış, əlavə, dəstə, bibər, edərək, xörək, qaşığı, sazan, soğan, qədər, balığının, qazanın, pomidor, yaşıl, Sonra, qazanı, dəqiqə, söndürün, üzərində, saxlayın
BİZİ İZLƏYİN