• Balıq ləvəngisi resepti

Reseptin məlumatları Baxış sayı: 19 541

Tarix : 26-04-2015, 19:00

Bölmə : Balıq yeməkləri

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 iri kütüm
1 iri baş soğan
300 q qoz ləpəsi
1 ç.q. zəncəfil
2 x. q. palçıq turşusu
istiot və duz.

Hazırlanması:
Balığın pulcuqlarını təmizləyin, içalatını çıxarın. Balığı yuyub yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.

Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın. Qozu da maşından keçirin. Bir qabda soğanı, qozu, zəncəfili, palçıq turşusunu və zövqə görə duz-istiotu qarışdırın.

İçi balığa doldurub tikin. Ya sobada, ya da təndirdə bişirin.

Nuş olsun!
Etiketlər: yaxşıca, keçirin, palçıq, maşınından, qabda, soğanı, maşından, sıxın, qoyun, zəncəfili, suyunu, Tənzifə, turşusunu, tikin, sobada, təndirdə, bişirin, doldurub, balığa, zövqə
BİZİ İZLƏYİN