Tərkibi:4 parça qılçığı az balıq,
4 ədət kartof,
2 yemək qaşığı un
Bulamaq üçün,
2 ədət yumurta,
istiot,
pul bibər ,
kişniş tozu,
3 diş döyülmüş sarımsaq,
duz,
Qızartmaq üçün:duru yağ,
Hazırlanması:Balığı yuyun.
Suyunun bir az süzülməsinə çalışın.
Kağız ilə də quruda bilərsiniz.
.Balığın böyüklüyünə görə əvvəlcə tam ortadan, sonra da yanlardan dördə bölün .
İstərsəniz sadəcə iki parçaya ayırın .
Duz və ədviyyatla qarışdırıb, ağzı qapaqlı bir qabda soyuducuda ən azı bir saat gözlədin.
Kartofları iri rəndədən keçirdib suyunu tamamən sıxın. Bir qaba yığıb içinə yumurta, un, duz və azca istiot əlavə edib yaxşıca qarışdırın.
Balığı əvvəlcə una bulayıb sonra üzərinə kartofu yaxın. Əlinizin içində tərs çevirərək diğər tərəfinə də eyni şəkildə kartof yaxın.
Bol qızğın yağın içinə yerləşdirin.
Nar kimi qızarana qədər bişirin.
Nuş olsun!
Etiketlər: Balığı, istiot, içinə, əvvəlcə, sonra, yumurta, yaxın, kartof, olsun, sıxın, yığıb, bişirin, əlavə, qədər, tamamən, suyunu, soyuducuda, qabda, gözlədin, Kartofları