Tərkibi:1 kq dəniz dili balığı filesi
250 qr qızıl balıq filesi
1 yaşıl dolmalıq üçün yarqaq
1 kök
1 qalqabaq
1 kartof
3 limon suyu
duz, istiot
Sousu üçün:1 dəstə təzə reyhan
2 xörək qaşığı zeytun yağı
2 yaşıl soğan
2 diş sarımsaq
1 ədəd cəfəri
1 qəhvə fincanı su
duz, istiot
Hazırlanması:Dəniz dili balığı filesinin yarısını yağlı kağızın üzərinə düzün.
Yarpaqları qaynar suya atıb 1 dəqiqə gözlətdikdən sonra çıxarın.
Təmizləyib balıq filesinin üzərinə düzün.
Duz, qara bibər və limon suyunu əlavə edin.
Digər fileləri yarpaqlı balıqların üzərinə qoyub bağladıqdan sonra yağlı kağızla birlikdə rulet halına gətirin.
Alüminium folqaya möhkəmcə sarıb 15 dəqiqə buxarda və ya suda qaynadın.
Sousu hazırlamaq üçün; bütün ərzaqları blenderden keçirin.
Suyu əlavə edərək 10 dəqiqə qaynadın.
Reyhan sousunu qaba qoyun.
Bişmiş balığı folqa və yağlı kağızdan çıxarıb iti bir bıçaqla dilimləyin.
Sousun üzərinə gəzdirin.
Balqabaq, kök və kartofları şəkilli kəsərək qaynadın.
Balıq ruletinin ətrafına dekorativ şəkildə yerləşdirin.
İsti olaraq süfrəyə təqdim edin.
Nuş olsun!
Etiketlər: üzərinə, dəqiqə, yağlı, qaynadın, balığı, Sousu, istiot, düzün, əlavə, sonra, limon, filesinin, filesi, yaşıl, balıq, sousunu, Bişmiş, folqa, qoyun, Reyhan