• Tuna balığından sendviç resepti

Reseptin məlumatları Baxış sayı: 3 596

Tarix : 9-05-2017, 17:00

Bölmə : Balıq yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Pide çörəyi – 1 ədəd
Kök – 1 ədəd
Tuna balığı (konservləşdirilmiş) – 100 qr
Pomidor – 1 ədəd
Cəfəri
Baş soğan – 1ədəd

Hazırlanması:
Kök yuyulub, sürtgəcin xırda gözündən keçirilir, mayonezlə qarışdırılır. Pide çörəyinin arasına mayonezli kök qarışığı çəkilib üzərinə kahı, tuna balığı, pomidor dilimi (su salmasın deyə içi çıxarılır), xırda doğranmış cəfəri və halqavari doğranılmış baş soğan (Acı və qoxulu olmasın deyə pərdələri çıxarılır, duzda ovxalanaraq acısı çıxarılır, iliq suda yuyulur və suyu tam çəkiləndən sonra sendviçə əlavə olunur. Ona görə də prosesə birinci soğanla başlayın) qoyulub bağlanır.

Nuş olsun!
Etiketlər: çıxarılır, soğan, balığı, xırda, duzda, ovxalanaraq, acısı, yuyulur, qoxulu, halqavari, doğranılmış, çəkiləndən, olmasın, pərdələri, sendviçə, soğanla, başlayın, qoyulub, bağlanır, birinci
BİZİ İZLƏYİN