• Didmə börək yuxalı və pendirli resepti

Reseptin məlumatları Baxış sayı: 3 532

Tarix : 6-04-2018, 12:00

Bölmə : Börəklər / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
Yuxa 3-4 ədəd
Ağ pendir 150-200 qr
Spanax yada pazı başı 3-4 yarpaq
Yumurta 1ədəd
3 y.q. duru yağ
yarım stakan süd
Üstünə səpmək üçün qara küncüt

Hazırlanması:
Tamda verdiyim ölçülərə riayət etməyin,yuxalar müxtəlif ölçüdə olur. Mənim yuxam incə, rayon yuxasıdır, duametri 23sm. Siz öz yuxanızın ölçüsünə görə pendir götürün, bəlkə çox ya az lazım oldu.
Niyə bu börəyə Didmə börək deyilir ? Çünki börək üçün yuxalar xırda parçalara didilir,bölünür (şəkili vərəqləyin görəcəksiz). Türklərdən öyrənmişəm bu börəyi,onlar Yırtıq börək deyir. Bizim dildə biraz yaxşı alınmır bu ad, fikirləşdim adını Didmə börək qoydum
1.Əvvəl sous hazırlayırıq - süd,yağ və yumurtanı biraz çalmaq. Pendiriniz az duzludursa, sousa duz vurmaq. Mən vurmadım.
2. Yuxanın birini qabın dibinə sərmək, yerdə qalanı xırda parçalara bölmək və bütün şəkildə saldığımız yuxanın üstünə 1 qat sərmək. Qabın dibini , kənarlarını yağlayın yuxa bişəndə yapışar qaba, bəşər tarixinin sonunadək qopmaz
Üstdən sous ordan-burdan səpmək, quru paltarı ütüləmək üçün necə isladırıq bax onu kimi
Üstdən içlik səpmək- çəngəllə xırdalanmış pendir və doğranmış göyərti.
Üstdən didilmiş yuxa 1 qat, sous, pendir,göyərti.
Bunu 3 dəfə təkrar etmək. Axırda didilmiş yuxanı börəyin üstündən sərmək, sous tökmək, bütün halda altdan qoyduğumuz yuxanın kənarlarını ortaya doğru qatlamaq, olan qalan sousu tökmək, küncüt səpmək, 190t əvvəldən isidilmiş sobada bişirmək.
İsti-isti şirin çayla yeri var.

Nuş olsun!
Etiketlər: səpmək, pendir, börək, sərmək, Üstdən, didilmiş, kənarlarını, göyərti, biraz, Didmə, xırda, yuxalar, parçalara, tökmək, küncüt, bütün, yuxanın, qopmaz, qalanı, bölmək
BİZİ İZLƏYİN