• Pendirli asan börək resepti

Reseptin məlumatları Baxış sayı: 6 185

Tarix : 30-10-2020, 12:00

Bölmə : Börəklər / Qəlyanaltılar / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q pendiri,
0,5 stəkan duru yağ,
3-4 ədəd yuxa,
1 ədəd yumurta sarısı,
1 stəkan mineral su,
Küncüt,
Çörəkotu,

Hazırlanması:
Əvvəlcə pendiri rəndələyib bir kasaya yığın.
Börək bişirmək üçün hazır yuxadan istifadə edə bilərsiniz.
Börək bişirmək üçün özünüz də yuxa hazırlaya bilərsiniz.
Sonra yuxanı üçkünc formada kəsin .
Yumurtaların ağını və sarısını ayırın.
Üçkünc formada olan yuxaların içərisini duru yağla yağlayın.
Yuxaları yağladıqdan sonra enli tərəfinə rəndələnmiş pendirdən qoyaraq yuxanın hər iki tərəfini pendirin üzərinə qatlayaraq dürmək kimi bükün.
Hazırladığınız börəkləri istiyə davamlı şüşə qba yan-yana düzün.
Proses sona yetdikdən sonra üzərinə yumurta sarısı, küncüt və çörək otu səpin.
Lap sonunda isə hazırladığınız börəklərin üzərinə mineral suyu əlavə edərək əvvəlcədən qızdırdığınız sobada bişməyə qouyun.
Börəklər hazır olduqdan sonra sobadan çıxardın isti- isti sservis edin.
Öz zövqünüzə uyğun süfrəni bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, üzərinə, sonra, mineral, sarısı, Börək, hazır, yumurta, bişirmək, pendiri, stəkan, formada, səpin, çörək, yetdikdən, Proses, küncüt, Hazırladığınız, dürmək, qatlayaraq
BİZİ İZLƏYİN