Tərkibi:250 q hazır qat-qat yağlı xəmir
100 q göbələk
1 balaca baş soğan
3 x.q. yağlı qaymaq
100 q bərk pendir
1/3 ç.q. kəklikotu qurusu
1/3 ç.q. qara istiot
0.5 ç.q. duz
Hazırlanması:Sobanı 180 dərəcə qızdırın. Xəmiri 3-4 mm qalınlıqda düzbucaqlı şəklində yayın. Çəngəllə deşin.
Göbələyi yuyun. Xırdalarına dəyməyin, böyüklərini ortadan bölün. Soğanı nazik yarımhalqa doğrayın.
Xama, sürtgəcdən keçirilmiş pendir, kəklikotu, duz, istiotla qarışdırın. Xəmirin kənarlarından 2-3 sm saxlamaqla içinə bu qarışığı qoyub yayın. Xəmirin kənarlarını qatlayın, üzərinə yağ, yaxud qaymaq çəkin.
180 dərəcə qızdırılmış sobada 30 dəqiqə, xəmir qızaranadək bişirin.
Piroqu azca soyudun, 6 yerə bölüb süfrəyə verin.
Nuş olsun!
Etiketlər: qaymaq, pendir, yayın, dərəcə, Xəmirin, kəklikotu, xəmir, yağlı, qoyub, kənarlarını, qatlayın, keçirilmiş, üzərinə, içinə, istiotla, kənarlarından, saxlamaqla, qarışdırın, qarışığı, sobada