Tərkibi:Kərə yağı 40q
Qat-qat xəmiri 500q
Soğan 1 ədəd
Bəyaz feta pendiri 50q
İspanaq 2 dəstə
Yumurta 1 ədəd
Duz
Hazırlanması:İstiot İlk öncə soğanı təmizləyib, xırda-xırda doğrayın. Doğradığınız soğanı tavaya boşaldıb, orta alovda kərə yağı ilə qızardın. İspanağ dəstəsini yuyub, doğrayın. Soğan yüngül qızartı almağa başlayan zaman, tavaya doğranılmış ispanağı əlavə edin. Zövqünüzə görə duz və istiot əlavə edin. 5-7 dəqiqədən sonra tavanı alovdan götürün.
Qızartdığınız ispanaqlı kütləni feta pendiri ilə birləşdirib, yaxşıca qarışdırın. Qat - qat xəmi bıçaq ilə kəsərək, dördkünc hissələrə ayırın. Hər bir dördkünc xəmir hissəsinin ortasına 1ç.q. hazırladığınız ispanaqlı-pendirli qarışımdan yerləşdirən.
"Dördkünclər"i şəkildə göstərilən kimi bükün. Alınan bükmələrin kənarlarının üzərinə çəngəl ilə basaraq, kənarları birləşdirin. Yumurtanı çalıb, fırça ilə bükmələrin üzərinə yayın.
Sobanızı 200 dərəcəyə qədər isidib, ispanaqlı bükmələri 20 dəqiqə ərzində bişirə bilərsiniz.
Nuş olsun!
Etiketlər: ispanaqlı, Soğan, doğrayın, tavaya, dördkünc, üzərinə, əlavə, xırda, bükmələrin, soğanı, pendiri, bükün, göstərilən, ayırın, Alınan, şəkildə, hissələrə, yerləşdirən, hissəsinin, ortasına