• Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 233

Tarix : 11.01.2017, 16:00

Bölmə : Börəklər, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 6-8

Resepti göndərən : DADLI


Tərkibi:
2 pomidor
1 banka qarğıdalı konservi
1 ç.q. karri tozu
4 x.q. qarğıdalı unu
125 q bərk pendir
4 yumurta
duz
istiot

Hazırlanması:
Pomidorları ortadan bölün. Dənələrini çıxarıb xırda kubik doğrayın.

Qarğıdalının suyunu süzün. Pendiri sürtgəcin iri gözündən keçirin.

Qarğıdalı ilə pomidorları qarışdırın, karri əlavə edin.

Un, sonra pendir qatıb qarışdırın.

Yumurtaları çalın, duz-istiot vurub qarğıdalılı qarışığa əlavə edin. Yaxşıca qarışdırın.

Formanın içinə perqament döşəyin. Kütləni içinə töküb hamarlayın.

160-170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Soyutduqdan sonra doğrayın. Həm isti, həm soyumuş halda süfrəyə vermək olar.

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT

Meksika üsulu qarğıdalı zapekankası resepti - FOTO RESEPT


Nuş olsun!

"Bu yeməyi bişirmək prosesi nəticəsi kimi – tam bir həzdir. Və qoy, sonda yığılacaq çirkli qabların sayı kədərləndirməsin, çünki Fairy ilə ən yağlı qabların belə öhtəsindən rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!"

Etiketlər: qarışdırın, doğrayın, sonra, içinə, istiot, əlavə, qarğıdalı, pendir, karri, perqament, Kütləni, töküb, döşəyin, Formanın, vurub, qarğıdalılı, qarışığa, Yaxşıca, hamarlayın, qızdırılmış
loading...
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica