Tərkibi:●göyərti ( keşniş, soğan, şomu)
●ağ pendir
●duz,istiot
●sumaq
●1 stəkan süd
●1 ədəd yumurta
●yuxa
Hazırlanması:Əvvəlcə yuxanı 4 yerə bölürük,Göyərtiləri doğrayib pendiri əlimizlə ovuruq, duz ,istiot və sumağı da qatırıq.bir qabda yumurtanı calıb 2 yerə bölürük, yarısına 1 stəkan süd qatıb qarışdırırıq.Yuxaya açıq şəkildə süd qarışımını kist vasitəsilə çəkirik,əlimizlə ortasından tutub firladırıq ortasina içlik qoyub yenidən bükürük.Beləcə hamısını qaba düzürük və artıq qalan südu de üzərinə tökürük.2 yerə bölmüş olduğumuz yumurtanı borəyin üzünə çəkirik və zövqə görə biraz sumaq sərpirik.180° dərəcədə əvvəlcədən hazırlanmış sobada 15-20 dəq bişiririk.Hazır olandan sonra üzərinə biraz duru yağ sürturuk həm parıldadır həm yumşaldır.
Nuş olsun!
Etiketlər: əlimizlə, bölürük, yumurtanı, üzərinə, çəkirik, stəkan, biraz, qalan, artıq, parıldadır, tökürük, olduğumuz, bölmüş, düzürük, hamısını, yenidən, qoyub, bükürük, Beləcə, yumşaldır