• Çin bürcünüz - Pələng

Reseptin məlumatları Baxış sayı: 9 918

Tarix : 17-08-2018, 10:00

Bölmə : Bürclər


İllər - 1926, 1938, 1950, 1962, 1974, 1986, 1998, 2010, 2022

Pələng insanı dünyadakı həyatı istiqamətləndirə biləcək qədər güclüdür. Geniş ölçəkli işlərlə məşğul olmaqdan, kütlələri ayağa qaldırmaqdan və idarə etməkdən xoşlanar. İnsanların marağını öz üstünə çəkməkdən həzz alar. Pələng insanının reaksiyalarını, məqsədlərini və hədəflərini əvvəldən bilmək haradasa qeyri-mümkündür. Pələnglər bəzən qərar verməkdə çətinlik çəkərlər. Pələng ilində doğulan insanlar ümumiyyətlə yaxşı talelidir. Gözlənilməyən tərzdə davranan, hərəkətli və cəsur insanlardır. Pələng ilində doğulan bir insan ilə birgə olan birinin ondan bezməsi düşünülə bilməz. Bu insanlar nəticənin hara çatacağını tam olaraq düşünmədən hərəkətə keçməkdə tələskənlik edərlər. Tez-tez coşğuya qapılıb gedərlər. Ən yaxşı tərəfləri istiqanlı olmalarıdır. Başqalarının istəklərinə anlayışla yaxınlaşarlar. Zəif tərəfləri isə eqoizm və dostlarına qarşı məsafəli davranmalarıdır. Pələng ilində doğulanlar peşə və karierdə ümumiyyətlə müvəffəqiyyətli olarlar. Bəzən təlaşlı xarakterləri zərər görmələrinə səbəb olar. Güclü romantik bir xarakterə və qüvvətli seks yönümünə sahibdirlər. Qadın və ya kişi olsun gəncliklərində eşqbazlıq həyatı sürmələri mümkündür. Bununla birlikdə illər keçdikcə yetkinləşər və şəffaflaşarlar. Pələng ilində doğulanlar ən az xoşbəxtliyi Meymun ilində doğulanlarda taparlar. Ən müvəffəqiyyətli əlaqələri isə İt və At ilində doğulanlar ilə reallaşdırarlar. Bundan başqa Əjdaha və Donuz ilində doğulanlar ilə razılaşmaları da mümkündür.
Etiketlər: ilində, Pələng, doğulanlar, mümkündür, yaxşı, ümumiyyətlə, tərəfləri, insanlar, həyatı, doğulan, müvəffəqiyyətli, karierdə, Bəzən, zərər, xarakterləri, təlaşlı, davranmalarıdır, olarlar, qarşı, istiqanlı
BİZİ İZLƏYİN