• Əkizlər bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 3 682

Tarix : 1-06-2018, 20:00

Bölmə : Bürclər


Hava ünsürü
Rəngi: sarı, boz, mavi, açıq mavi, qara
Planet: Merkuri

Şəxsi xüsusiyyətləri:
Bu bürc altında doğulan insanlar tez düşünür və hərəkət edirlər. Eyni anda bir neçə iş görə bilirlər. Onların uyğunlaşa bilməyəcəyi bir iş yoxdur. Çox xoşbəxt və şən olduqları halda birdən birə kefsiz ola bilirlər. Ətrafdakılar tərəfindən səhv başa düşülə bilərlər. Hansısa mövzuda məlumatları az olsa da bunu biruzə verməzlər. Kənardan eşitdikləri məlumatlarla bu haqqda elə danışa bilərlər ki, hətta onların mütəxəssis olduğunu belə düşünə bilərsiniz. Özlərini inkişaf etdirmiş əkizlər zəriflikləri və zəkaları ilə həyatı zövqlü bir hala gətirdikləri kimi, əksi olanlar həyatı çəkilməz bir hala gətirərlər. Öz pullarını xərcləmək mövzusunda qənaətcil olduqları halda başqalarının pulunu çox rahat xərcləyə bilərlər. Əkizlər əyləncəli söhbətləri, tərbiyəli davranışları ilə özlərini dərhal sevdirər amma bir yerə ya da bir şeyə bağlı qalmağı sevməzlər. Buna görə eşq və ailə həyatlarını çox yaxşı olduğu deyilə bilmərik. Dəyişikliyə maraqlı olduqlarından davamlı axtarış içindədirlər; buna görə də mühit dəyişikliyini və gəzməyi çox xoşlayırlar.

Fiziki xüsusiyyətləri:
Gözəl bədən quruluşuna sahib olurlar. Uzun boy, gözəl bir bədən, uzun qol və ayaqları var. Gözləri kəskindir və uzağı çox yaxşı görürlər.
Etiketlər: bilərlər, həyatı, halda, bilirlər, bədən, xüsusiyyətləri, yaxşı, olduqları, özlərini, davranışları, bağlı, sevməzlər, həyatlarını, qalmağı, tərbiyəli, sevdirər, dərhal, Əkizlər, qənaətcil, mövzusunda
BİZİ İZLƏYİN