• Əqrəb bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 2 262

Tarix : 13-09-2018, 20:00

Bölmə : Bürclər


Su ünsürü
Rəng: qırmızı, qara
Planet: Mars, Pluton

Şəxsi xüsusiyyətləri:
Əqrəbər qədər həyatı sevərək, doya-doya yaşayan az insan var. Bu səbəbdən onları ifadə edən söz “arzu edirəm”dir. Heç bir işi yarımçıq qoymurlar. Onların gücləri gözlərindən oxunur. Onlar emosiyalarına nəzarət edə bilsələr də, baxışları ilə sevgilərini və ya nifrətlərini biruzə verirlər. Hisslərinə qapılsalar təhlükəli ola bilərlər. Əqrəblər özünü bəyənmiş, çoxbilmiş insanları heç sevmir. Qarşılarına belə insan çxısa onlara hədlərini bildirirlər. Onlar ancaq öz bildiklərini edir, ortaq qərar verməklə heç vaxt razılaşmırlar. Onları inandırmaq çox çətindir, hər şeyə şünhəli yanaşırlar. İnandıqları bir məsələni isə sonuna qədər müdafiə edirlər. Dominant olmağı sevirlər. Hədiyyəyə gəldikdə, Əqrəblər qızıl əşyaları, amuletləri çox sevirlər. Əgər qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda gülləri də unutmayın.

Fiziki xüsusiyyətləri:
Orta və ya uzun boylu olurar. Üz quruluşları yuvarlaq olur. Saçları tünd rəng və dalğalı, hətta qıvırcıq ola bilər. Gözləri diqqət çəkicidir. Bir əqrəbi baxışlarından asanlıqla tanıya bilərsiniz. Həyata gücləri qədər fiziki gücləri də qüvvətlidir. Hər an partlamağa hazır yanardağ kimidirlər.
Etiketlər: gücləri, qədər, insan, sevirlər, Əqrəblər, Onlar, xüsusiyyətləri, istəyirsinizsə, qadın, amuletləri, unutmayın, Əqrəbə, əşyaları, gülləri, hədiyyə, almaq, Hədiyyəyə, məsələni, sonuna, İnandıqları
BİZİ İZLƏYİN