• Doğum tarixinin geyimlərə təsiri - Ən yaxşı və pis geyinən bürclər hansılardır?

Reseptin məlumatları Baxış sayı: 17 936

Tarix : 23-04-2019, 10:00

Bölmə : Bürclər


Bürcünüzün moda anlayışınızda rolu olmadığını düşünürsünüz?

Bu, yalnışdır. İnsanların geyim zövqünə təsir edən amillərdən biri də bürclərdir. Bundan xəbərdar olsaq da, olmasaq da, hər birimiz bürcümüzə uyğun olaraq geyinirik.

12-Əqrəb
Əqrəb bürcündən olan xanımların özlərinə məxsus tərzləri var. Amma yeni dəbdə olan geyimləri geyinməyə risk etmirlər. Öz bildikləri kimi geyinirlər. Qarderobun önündə “bu gün nə geyinim?” deyə düşünməzlər. “Əqrəb”lər professional görünməyi çox sevərlər.

11-Balıq
Balıq bürcləri hər zaman gözəgəlimli görünsə də, riskli geyimləri sevmirlər. Feminen geyimləri və daha çox açıq rəngləri sevirlər. Bu geyim tərzi pis deyil, amma yaradıcı da deyil.

10-Oxatan
“Oxatan” xanımların geyimi onların macəraları və səyahətləri haqqında danışır. Bu, əslində nəzəriyyədə yaxşı olsa da, praktikada daha çox “boho” tərzi yaradır. Düzünü demək lazımdırsa, bu, çox da xüsusi görünüş yaratmır.

9-Qız
Qız bürclərinin təzləri özləri kimi eleqant və praktikidir. Hər zaman bir araya gətirildikləri tərzlərlə göz oxşayırlar. Bu qədər zövqlü olduqlarına baxmayaraq, geyimlərində risk sevmirlər. Buna görə də yumşaq rənglərə üstünlük verirlər.

8-Aslan
Aslan bürcündən olam qadınların geyimlərində yaradıcı olmaqları gözdən qaçmır. Amma əsasən, incə görünməyi sevirlər. Bir boyunbağı yerinə yaylıq taxmağa üstünlük verirlər.

7-Buğa
“Buğa” qızlar praktikdir. Təmtəraqlı və trend geyimlərlə maraqlanmazlar. Klassik, sadə geyimlərə və rənglərə üstünlük verirlər. Amma bu, cins şalvarın üzərinə ağ köynəklə gözəl görünməyəcəkləri anlamına gəlmir.

6-Tərəzi
“Tərəzi” qadınların sabit xarakterləri olsa da, geyim mövzusunda bunu deyə bilmərik. Bir gün parlaq rənglər və cazibədar geyimlər seçərkən, başqa bir gün daha pastel rənglər və sadə geyinə bilərlər.

5-Qoç
Qoç bürcü qadınlar özgüvənlidir və çəkici görünməyi sevirlər. Geyimlərində qarışıqlığı sevmirlər, buna görə də ipək topiklər, rahat donlar və dəri pencəklərə üstünlük verirlər.

4-Oğlaq
Bu bürcdən olan qadınlar bahalı və professional görünməyi sevirlər. Qənaətcil olmağı heç sevmirlər və bahalı geyimlərin aludəçisidirlər. Nə geyinsələr tərz görünərlər.

3-Əkizlər
Əkizlər tərzlərində yeni şeylər sınamağı sevirlər. Onların geyimlərinə ümumi rəy kimi bunu deyə bilərik ki, fərqli görünmək üçün retro və modern geyimləri bir-birlərinə qarışdırırlarr. Onlar üçün vacib olan bahalı geyimlər deyil, geyindiklərinin getdikləri yerə və özlərinə uyğun olmasıdır.

2-Xərçəng
“Xərçəng”lər əsasən, cəlbedici görünməyə, fərqli kəsimli geyimlərə üstünlük verirlər. Özlərini moda anlayışları və tərzləri ilə ortaya qoymağı sevirlər. Küçədə gəzdikləri zaman insanların onlara dönü yenidən baxmaqlarını istəyirlər.

1-Dolça
“Dolçalar” hər zaman bənzərsiz və orjinal görünərlər. Fərqli olmağı və qaydaları tapdalamağı sevirlər. Tərz sahibi olmaq da bu demək deyilmi? Dolçalar qəlibləşmiş qaydaları parçalamağı sevirlər.
Etiketlər: sevirlər, verirlər, üstünlük, görünməyi, sevmirlər, geyimləri, zaman, deyil, geyim, bahalı, qadınlar, tərzləri, professional, qadınların, Balıq, Aslan, rənglərə, geyimlərə, görünərlər, yaradıcı
BİZİ İZLƏYİN