QoçBu bürc altında doğulanlar olduqca vicdanlı insanlardır. Odur ki, nadir hallarda yalan danışırlar. Buna səbəb dostlarına, doğmalarına yardım etməkdir. Qoç yalnız o vaxt yalan danışır ki, həqiqət ölümcül zəhər kimi açı olsun.
BuğaBuğa yalan danışanda vicdan əzabından boğulr. Odur ki, yalandan həmişə qaçır. Hətta yalan söyləyəndən həmən sonra vəziyyətin üstünü özü açır. Amma onu da qeyd etmək lazımdır ki, buğanın nadir zamanlarda söylədiyi yalan olduqca peşakar səviyyədə olur.
ƏkizlərBu bürc qədər ikinci qeyri-səmimi xarakteri insanlar yoxdur. Onlar hər yerdə və həmişə yalan söyləyirlər. Hətta işə geciksələr belə heç vaxt boyunlarına almır, müxtəlif bəhanəlır tapırlar. Bu bürcə hətta ən doğma olan isanlar onun həqiqətin söylədiyindən əmin olmurlar.
XərçəngBu insanlar təhlükə bahasına olsa da, həqiqətlərindən dönmürlər. Odur ki, onlara yalan söyləyən doğmalarını da bağışlamırlar.
ŞirBu bürc altında doğulan insanlar aktyor təbiətlidirlər. Odur ki, yalan söyləmək su içmək kimi rahatdır.Amma biznes kimi qlobal məsələlərdə şir həmişə vicdanlı və dürüstdür.
QızBu bürc sanki dünyanı mükəmməlləşdirmək üçün yaşayır. Müdrik Qız vəziyyəti yüngülləşdirmək gərəkərsə, düşünmədən yalan söyləyə bilər.
TərəziTərəzilər çox hiyləgər bürcdür. Odur ki, yeri gələndə çox incə şəkildə yalan danışa bilir. Amma bir şərtlə ki, söylədiyi yalandan heç kimə zərər gəlməsin.
ƏqrəbBu bürc ətrafındakı insanları çox mükəmməl şəkildə idarə edir. Məharət və xüsusi intonasiya ilə yalan söyləyir. Əgər düşmənini yalanla məhv etmək mümkündürsə, əqrəb düşünmədən bu yola da əl atır.
OxatanYupiterin idarə etdiyi bu bürc yalan danışmağı sevmir. Olduqca dəqiq və dürüst insandır. Ürəklərində yalan adlı daş gəzdirməmək üçün həqiqətə üz tuturlar.
OğlaqBu bürc altında doğulanlar məqsədyönümlü və karyeraya meylli olurlar. Bəzən ali məqsədə çatmaq üçün yalan söyləyirlər. Tərəf müqabilləri onların yalanlarından heç şübhələnmir. Amma məişət həyatında yalandan qaçırlar.
DolçaBu bürcün nümayəndələri hekayələr uydurmağı, qeybət etməyi, hadisələri şişirtməyi sevirlər. Bəzən bu yolla öz dəyərləərini də artırırlar. Amma tezliklə yalanları üzə çıxır.
BalıqlarBalıqların xüsusi fantaziya qurmaq bacarığı var. Gülməlisi odur ki, özləri də uydurduqları nağıllara inanırlar. Amma yalan söyləməyə nifrət etdikləri üçün bu yola nadir hallarda əl atırlar.
Etiketlər: yalan, həmişə, yalandan, altında, nadir, insanlar, xüsusi, idarə, Bəzən, söyləyirlər, etmək, söylədiyi, Hətta, şəkildə, vicdanlı, olduqca, doğulanlar, düşünmədən, hallarda, insandır