• DÜŞMƏN BÜRCLƏRİN bir-birinə nifrət etməsinin GİZLİ SİRLƏRİ

Reseptin məlumatları Baxış sayı: 25 195

Tarix : 12-06-2019, 10:00

Bölmə : Bürclər


Qoç
Bu bürcün nümayəndələri sıxıcı və darıxdırıcı insanlardan nifrət edir. Qoçlar ulduz falı üzrə enerji dolu və gülərüzlüdür. Odur ki, Qoçlar passiv, süst və tənbəl insanlarla ünsiyyət qura bilmir. Qoçlar Əkizlərlə tez-tez münaqişəyə girir. Onların düşmənçiliyi Əkizlərin depressiv meyllərinə əsaslanır.

Buğa
Buğalar çox ciddi, güzəştə getməyən və məsuliyyətli insanlara dözə bilmir. Onlar insanlarda xeyirxahlıq və qayğıkeşlik kimi insani keyfiyyətləri yüksək qiymətləndirir. Bu baxımdan Buğalar Oğlaqlarla adətən yola getmir. Buğalar hesab edir ki, Oğlaqlar üçün pul birinci yerdə dayanır, acgözlük və hərislik onların gözünü bağlayıb...

Əkizlər
Əkizlər gülərüz, narahat və vurnuxan insanlardır, onlar asanlıqla heç nədən depressiv vəziyyətə düşə bilərlər. Bu bürcün nümayəndələri qəmgin və sakit insanlardan uzaq durmağa çalışır. Tipik Əkizlər üçün qaramat və darıxdırıcı Balıqlara alışmaq çox ağırdır.

Xərçəng
Həddindən artıq təmkinli Xərçənglər bir qayda olaraq məsafəli davranmağa üstünlük verir, sakit vaxt keçirməyi və həyatın monoton ritmini sevirlər. Onlar heç vaxt heç yerə tələsmir. Odur ki, onlar üçün birnömrəli düşmən Əqrəblərdir. Təlaşlı, canlı, dram dolu Əqrəbləri və həddindən artıq aktiv şəxsiyyətləri Xərçənglər sevmir.

Şir
Özünəgüvən Şirlərdə çox yüksəkdir. Müstəqil, cəsarətli və lider olmağı sevən Şirlərin özü kimilərini görməyə gözü yoxdur. Çünki Şir bürcləri hesab edir ki, bu dünyada kral olmağa ən layiqli namizəd onlardır. Odur ki, ən az onlar qədər özünəinamlı və özü haqqında yüksək fikirdə olan Qız bürcləri əsas düşmənləridir.

Qız
Qız bürclərinin bütün əşyaları hər zaman yerində olmalıdır. Bu, hər şeyə aiddir. Onlar ən çox əşyaların və fikirlərin xaosundan qorxur. Belə adamlar əsəb keçirməmək və depressiyaya düşməmək üçün istənilən səliqəsizlikdən qaçmağa çalışır. Bu baxımdan Qız bürcləri hər yerdə qarmaqarışılıq yaradan Dolçalara nifrət edir.

Tərəzi
Tərəzilər hər yerə sükunət və harmoniyanı yayır. Onlar xoş xasiyyətli və sülhsevər şəxsiyyətə sahibdir. Bu bürcün nümayəndəsi onlara əmr verməyə çalışanlara dözmür. Xüsusilə də onlara səsini ucaldan insanlara nifətlə yanaşırlar. Bu baxımdan Tərəzi ilə Qoç dost ola bilmir. Qoç çox impulsiv və hökmran bir bürcdür, onu göstərdiyi təzyiqdən dolayı tanka bənzədirlər. Və Tərəzi bütün bunlara dözmür.

Əqrəb
Bu bürclər bəzən çox sakit və səssiz görünür. Əslində isə Əqrəblər amansız, qəddar və sərt insanlardır. Əqrəblər xəyalpərəstlər Dolçalara nifrət edir. Onlar üçün Dolça bürcləri son dərəcə darıxdırıcıdır və ümumiyyətlə bu dünyadan deyil. Əqrəb heç vaxt Dolça ilə dost ola bilməz, bu, dəqiqdir.

Oxatan
Oxatanlar özünəinam, enerji və güclə doludur. Bu insanlar dünyanın ən uğurlu adamları siyahısında liderlik edirlər. Oxatan bürcü zərərsiz düşməndir. Bu bürc onları incidənlərə uzun müddət incik qala bilmir. Həm şəxsi, həm də iş həyatında onları bir qayda olaraq müvəffəəqiyyət gözləyir. Ümumiyyətlə, Oxatanlar bütün bürclər arasında çox hörmətli personadır və demək olar ki, düşmənləri yoxdur.

Oğlaq
Oğlaq yorulmazdır və demək olar ki, heç vaxt yorğun olmur. Onlar heç vaxt bir yerdə dayanmır və həmişə yalnız irəli gedirlər. Odur ki, onlar aktiv həyat sevməyən və evdə qalmağı üstün tutan cansıxıcı insanlara nifrət edir. Oğlaqın başlıca düşməni Xərçəngdir.

Dolça
Dəyişkənlik və novatorluq Dolçalara məxsusdur. Onlar çox hövsələsizdir, hər yeniliyi sınaqdan keçirməyi və hər şeylə maraqlanmağı sevirlər. Onlar köhnə fikirləri müdafiə edən "qatı mühafizəkar" insanlara nifrət edir. Dolça bürcləri hər işini planlayan insanları görəndə təlaşa qapılır. Bu bürcün bir nömrəli düşməni Buğadır.

Balıq
Balıq bürcləri həddən artıq tez yaralanan, tez küsən, çox zəif və sakit bürcdür. Sakitliyi sevən Balıqlar əyləncəli, səs-küylü və səadət dolu Oxatana dözmür. Əslində Balıq bürcləri Oxatanların bu xüsusiyyətlərinə qısqanclıqla yanaşır. Axı onlar üçün yeni biri tanış olmaq çətindir, çünki Balıqlar sakit və rahat dünyasını pozmaqdan çox qorxur.

Göründüyü kimi düşmənçilik duyğuları astroloji döyüş meydanıdır. Qısqanclıq, qəzəb və həqarətin təsirlərinə məruz qalmamaq üçün bürcünüzün düşmənlərindən qaçın.
Etiketlər: Onlar, bürcləri, onlar, nifrət, sakit, Dolça, insanlara, bilmir, bürcün, bütün, Buğalar, yerdə, artıq, Dolçalara, Əkizlər, Balıq, dözmür, Qoçlar, baxımdan, Tərəzi
BİZİ İZLƏYİN