• Bürclərə görə toy mərasimi

Reseptin məlumatları Baxış sayı: 16 755

Tarix : 11-01-2016, 18:00

Bölmə : Bürclər


Qoç bürcü
Qoç qadını əyləncə, dəlilik, həyəcan həvəskarıdır ... Toyunun da ən az həyatı qədər həyəcan verici olmasını tələb edər.
Xəyalındakı bal ayı: Afrikada lüks bir safari və ya alverdən uzaq olmayan qumlu tətil.
Toy hədiyyəsi: Qoç qadınına əsla bahalı hədiyyə etməyin! Bu bürcdən olan qadınlar daha çox alt paltarları, gecəlik kimi əyləncəli alternativlərdən xoşlanırlar.
Həyat yoldaşı kimi Qoç: Ətrafınızda hər şeyi edə bilən super qadın varsa, o, mütləq qoç qadınıdır. Çox vaxt meydan oxumağı və mübarizə etməyi sevən tiplərdən olur.
Sizi nə gözləyir?: Yeni evinə dərhal alışa bilir. Eşqi dərin və ehtiraslı bir şəkildə yaşayır. Ailənin bütün məsuluyyətini dərk edir və heç vaxt lazım olduöundan artıq pul istəmir.

Buğa bürcü
Buğa qadını qaranlıq, şamlarla və çiçəklərlə bəzəkli mühit, təbii bir az da romantizm olan məkanlrda evlənmək istəyər.
Xəyalındakı bal ayı: okeana açılan lüks bir gəmi səyahəti və ya texnologiyadan uzaq bir mağarada balayını keçirməyini arzu edər.
Toy hədiyyəsi: Buğa qadınları yaxşı yığılmış mətbəxlərdən böyük zövq alır. Buna görə ona toy hədiyyəsi olaraq daha çox ev ləvazimatları almaq məsləhət görülür. Mətbəxdə tez-tez lazım olan elektronik əşyalar uğurlu seçim ola bilər.
Həyat yoldaşı kimi Buğa: Hər şeydən əvvəl Buğa qadınları özlərini hər zaman güvəndə hiss etmək istəyər. Maliyyə olaraq da tam təmin edildiyini tələb edər və daha sonra böyük həvəslə geri qalan işlərlə(məişət problemləri ilə) maraqlanar.

Əkizlər bürcü
Musiqisi, rəqsi və ekzotik kokteylleri ilə hamının danışacağı bir party şəklində toy arzulayar.
Xəyalındıkı bal ayı: Əkizlər qadını üçün harada olduğundan çox, rahatlığının təmin olunması vacibdir. Onun xəyalındakı bal ayı uzaq bir kəndə, lakin rahatlığı üçün hər bir şəraiti olan ev olmalıdrı.
Toy hədiyyəsi: Toy hədiyyəsi olaraq onalara rəqəmsal kamera və ya fotoaparat ala bilərsiniz.
Sizi nə gözləyir?: Əkizlər, digər bürclərin arasında əhatəsi dairəsi geniş olan insandır. Sizi ehtiyacınız olan bütün əhəmiyyətli insanlarla tanış edə bilər. Bundan başqa, çox əla dostdur. Sirr saxlamağı bacarar və əlindən gəldiyi qədər kömək etməyə çalışar.

Xərçəng bürcü
Xərçəng qadını ənənəvi toy marasimlərin sevir. Həddən artıq böyük və uzun quyruğu olan gəlinlikdə evlənməyi arzu edər.
Xəyalındakı bal ayı: Yunanıstanda çəhrayı bir villada ürək şəklində olan yataqlarda evliliyin dadını çıxarmaq stəyər.
Toy hədiyyəsi: Xərçəng qadınına toy hədiyyəsi olaraq yumşaq ağ kətan paltarlar, incə işlənmiş masa örtüləri, ya da gölə mirvari ala bilərsiniz. Bu onları həddən çox sevindirəcək.
Sizi nə gözləyir?: Əgər bir Xərçəng qadınına aid olmağı bacarırsınızsa, demək ki, sizin böyük bir probleminiz olmayacaq. Çünki bu onların qarşı tərəfdən gözlədikləri əsas məqamdır. Rədd edilməyi qəbul edə bilməz və sizi əlində buraxmamaq üçün qarşınızda çoxlu maneələri qoyar. Probleminiz olan zaman sizə dəstək olar və köməyini əsirgəməz. Belə qadının qədrini bilmək lazımdır.

Şir bürcü
Əvvəlcə medianı bu toydan xəbərdar etmək lazımdır! Daha sonra yaxşı bir qonaq siyahısıyla gözəl bir nümayiş hazırlanmalıdır. Bu bürcün sahibləri dəbdəbəli toylardan həzz alır və toy mərasiminin belə keçməsi üçün əlindən gələn hər şeyi edər. Hətta son qəpiyini belə xərcləməyə razı olar.
Xəyalındakı bal ayı: Şir qadını bal ayının romantik olmaqla yanaşı, həm də əyləncəli və məcarlarla dolu olmasını xəyal edər. Romantika və lüks bir tətil kəndi, Şir qadınını xoşbəxt etmək üçün kifayətdir.
Toy hədiyyəsi: Tibetdən əl işləməli qızıl Budda və ya ağac evdə yaşayan kiçik yetim bir uşağın etdiyi incə işləməli broşuralar toy hədiyyəsi üçün idealdır. Onları sevindirmək üçün heç də bahalı hədiyyələrə gərək .yoxdur. Bu bürcün qadınlarını qiymətdən çox diqqət maraqlandırır.
Sizi nə gözləyir?: Qəfəs həbs edilmiş bir aslanın hirsli və hiyləgər baxışlarıyla qarşılaşdınız heç? Əgər Şir qadınına sərhədlər çəkməyə çalışsanız, bu baxışla mütləq qarşılaşılaşacaqsınız.

Qız bürcü
Qız bürcü üçün heç bir şey kifayət qədər mükəmməl deyil. Onlar hər gördüklərini göz dikir və doymaq bilmir.
Xəyalındakı bal ayı: Qız qadını balayını 5 yaşından bəri düşündüyü üçün tövsiyə vermək mənasız olacaq.
Toy hədiyyəsi: İstər inanın, istərsə də inanmayın lakin Qız qadını toy hədiyyəsi olaraq bir çəmən biçmə maşını belə alsanız xoşbəxt olacaq. Praktik əşyalar alın, dəbdəbəli məhsullardan uzaq durun.
Sizi nə gözləyir?: sadə, saf olmaqla yanaşı ağıllı bir qadındır. Üstəlik bu xüsusiyyəti ilə özünü ərinə daha çox sevdirir. Corablarınızı rənglərinə görə ayırır lakin eyni zamanda həyasız, müstəqil, istedadlı və hiyləgərdir.

Tərəzi bürcü
Bu bürcün qadınları daha 15 adamın qonaq olduğu dəniz sahilində reallaşan sakit, isti və səmimi bir toy ... mərasiminin təşkilinə üstünlük verir.
Xəyalındakı bal ayı: İtalyan tərzi evlərdə şampanla şüşəsi və sakit tətil.
Toy hədiyyəsi: Tərəzi qadınına toy hədiyyəsi olaraq çiçək və üsütndə sevdiyini yazdigimiz kart göndərin. Sizi nə gözləyir?: Tərəzi qadını bir dəfə sizinlə maraqlanmağa qərar veribsə, həddindən artıq nəzakətli olar. Evin büdcəsi və pulun necə qazanıldığıyla maraqlanmaz.

Oxatan bürcü
Rəsmi mərasimlər oxatan qadınlarına görə deyil. Böyük bir party ola bilər.
Xəyalındakı bal ayı: Oxatan qadınının bal ayı hündür bir dağın zirvəsi ya da dərin bir dəniz ola ilər. Oxatanlar qeyri-adi səyahətləri çox sevir.
Toy hədiyyəsi: Oxatan qadını üçün toy hədiyəsinin nə olacağı əhəmiyyətli deyil. Əhəmiyyətli olan əsas məqam onun sevgi ilə verilməsidir. Ağılınıza bir şey gəlmədisə, oyuncaq heyvan və ya bir idman əşyası ola bilər.
Sizi nə gözləyir?: Əgər ürəyinizdə, və ya sol ayağınızda bir yara varsa, Oxatan qadını bu yaranı ustalıqla sağaltmağı bacarar. Dürüst, isti, yardımsevər və məntiqli şəxsiyyətdir.

Əqrəb bürcü
Əqrəb qadını toyunu özünü daha yaxşı təqdim etmək üçün bir fürsət olaraq görər.
Xəyalindəki bal ayı: Hamam, yataq, qara ipək çarşaflar ... Yanında yoldaşı olduğu müddətdə bal ayında harada olduğunu fərqi yoxdur... onun ehtiyacı olan tək şey sevgidir...
Toy hədiyyəsi: Əqrəb qadınına toy hədiyyəsi olaraq maraqlı, həyəcan verici bir hədiyyə verin. Məsələn 2 saatlıq bir masaj müalicəsi.
Sizi nə gözləyir?: Əqrəb qadını sizə öz sevgisini verməyi qəarar alıbsa, onun baxışlarını unutmaq mümkün deyil. Gözləriniz qamaşa bilər. Bundan təsirlənməmək çox çətindir. Lakin həyatda qalmaq etmək istəyirsinizsə, ona heç vaxt xəyanət etməyin. Çünki o, bunun qisası çox pis şəkilləd ala bilər.

Oğlaq bürcü
Sadə, mühafizəkar və ruhani bir toy. Oğlaq qadını, köhnə adətlərə möhkəm bağlıdır.
Xəyalındakı bal ayı: Oğlaq qadınının bal ayı xəyalı gözəl, yaşıllıqla dolu, səssiz və dənizə yaxın olan hər hansı bir yerdir.
Toy hədiyyəsi: Oğlaq qadınını xoşbəxt etmək istəyirsinizsə, mütləq gümüş gedhədiyyə edin.
Sizi nə gözləyir?: Bir Oğlaq qadını evdə təmizlik etmək yerinə yaxşı bir şirkətdə idarəçi olar. Bu evliliyə qərar veribsə vəziyyət ailə həyatında da dəyişməz qalır və mütləq evdə lider mövqeyini öhdəsinə götürür

Dolça bürcü
Dolça qadını Fərqli və inqilabçı bir toy istəyər. Bəlkə bir sirk çadırda və ya boş bir üzmə hovuzu ətrafında ola bilər ...
Xəyalındakı bal ayı: Dolça qadınının bal ayı xəyali yoldaşından asılıdır. Yoldaşı nə etmək istəsə onu edəcəkdir; bu məsələ ilə maraqlanmadığı üçün deyil, hər mövzu marağını çəkdiyi və qane üçün onun hər fikri ilə razı olar.
Toy hədiyyəsi: Dolça qadınına yeni çıxan bir kitab, veb dizaynı və ya maraqlı dizaynlı cib telefonlarını toy hədiyyəsi olaraq ala bilərsiniz. Texnologiya Dolça qadının ən böyük maraq sahələrindən biridir.
Sizi nə gözləyir?: Bir dəfə evliliyə və analığa təslim olmuş olsa da, hər zaman sirrli bir tərəfləri olacaq.

Balıq bürcü
Rəngarən olmaqla yanaşı, romantik bir toy Balıq qadının xəyalidir.
Xəyalındakı bal ayı: Balıq qadını üçün bal ayı ehtiraslı bir eşqdir ...
Toy hədiyyəsi: Balıq qadını praktikdir və praktik bir qadın hər zaman istifadə edə biləcəyi hədiyyələr almağı sevər. Bir səyahət çantası mükəmməl hədiyyə ola bilər.
Sizi nə gözləyir?: Ehtimal ki, balıqlar qədər fədakarolmağı bacaran ikinci bir qadın yoxdur. Balıq qadını yoldaşıyla hər mövzuda maraqlanar; onun problemlərini dinləyər və çox vaxt faydalı tövsiyələr verər. Mətbəxdə əl qabiliyyəti bir o qədər də ürəkaçan deyil...
Etiketlər: hədiyyəsi, qadını, bürcü, gözləyir, Xəyalındakı, olaraq, etmək, bilər, qadınına, deyil, böyük, Balıq, Dolça, Oğlaq, qədər, yaxşı, zaman, Oxatan, Əqrəb, mütləq
BİZİ İZLƏYİN