• Bürcünüzə görə sevdiyinizi rənglər

Reseptin məlumatları Baxış sayı: 13 161

Tarix : 8-03-2016, 18:00

Bölmə : Bürclər


Qoç bürcü
Qoç bürcünün rəngi qırmızıdır, qırmızı enerjini və cazibəni artıran bir rəngdir. Həyatınıza hərəkət və enerji qatmaq istəyirsinizsə bu rəngi paltarlarınızda istifadə etməlisiniz, amma əsəbi bir xasiətiniz varsa bu rəng əsəbinizi yaxşıca artıra bilər!

Buğa bürcü
Buğa bürcünün rəngi narıncıdır, narıncı müsbət enerjinin və əyləncənin rəngidir. Həyatınıza əyləncə və kef qatmaq istəyirsinizsə paltarlarınızda, aksesuarlarınızda ya da evinizin dekorasiyasında narıncıya yer verin.

Əkizlər bürcü
Əkizlər bürcünün rəngi sarıdır, bu rəng müdrikliyi və intellektuallığı təmsil edər. Əgər təhsil həyatınızda daha müvəffəqiyyətli olmaq ya da iş həyatınızda daha yaradıcı olmaq istəyirsinizsə bu rəngi həyatınıza qatmanızda fayda var.

Xərçəng bürcü
Xərçəng bürcünün rəngi ağdır. Bu rəng saflığı və romantikliyi təmsil edir. Həyatınızda daha çox dinclik, sadəlik və romantiklik axtarırsınızsa bu rəngi paltar seçkisindən ev dekorasiyasına qədər hər yerdə istifadə etməlisiniz.

Şir bürcü
Şir bürcünün rəngi qızıl sarısıdır, lüksü çox sevdiyi üçün qızıl sarısı şirlərə çox uyğun bir rəngdir. Şirlər ümumiyyətlə görkəmli olan hər şeydən kef alarlar. Qızıl sarısı ya da parıltısı olan hər paltar ya da aksesuar şir bürcü insanlarını xoşbəxt edəcək.

Qız bürcü
Qız bürcünün rəngi qəhvərəngidir, təbiətə çox düşkün olan qizlar torpaq rənglərini həyatlarında bol-bol istifadə etməlidirlər. İşi və xidmət etməyi sevən qız insanları qəhvərəngi ilə etdikləri işə çox rahat bir şəkildə cəmlənəcəklər.

Tərəzi bürcü
Tərəzi bürcünün rəngi yaşıldır, bu rəng sayəsində həyatınızı xüsusilə də ikili əlaqələrinizi tarazlığa sala bilər və dinclik tapa bilərsiniz. Yaşılın yaxşılaşdırma gücü olduğunu fikrinizdən çıxarmayın.

Əqrəb bürcü
Əqrəb bürcün rəngi qoç bürcünün rəngiylə eynidir, çünki hər iki bürcün də planeti Mars olduğu üçün ortaq nöqtələri vardır. Əqrəblər qırmızının enerjisini və cazibəsini həyatlarına mütləq salacaqlar, amma qırmızı çox istifadə edildiyində insanı yora bilən bir rəngdir!

Oxatan bürcü
Oxatan bürcünün rəngi göydür və bu rəng həyatınıza ciddiyət, dərinlik və dayanıqlılıq gətirəcək. Göy, xüsusilə bir mövzuya dərininə cəmlənmiş maraqlı Oxatan insanlarına konsentrasiya gücü verəcək.

Oğlaq bürcü
Oğlaq bürcünün rəngi qaradır, pessimist və utancaq bir quruluşa sahib olan Oğlaq insanları bu rəngi özlərinə çox yaxın hiss edərlər. Paltarlarında da sadəlikdən yana olan oğlaqlar böyük ehtimalla paltar və əşya seçkilərində qaraya üstünlük verəcəklər, amma qaranın çox istifadə edildiyində depresiya ya da melanxoliyanı artırma riski vardır, bu rəngi balanslı istifadə etməkdə fayda var!

Dolça bürcü
Dolça bürcünün rəngi mavidir və azadlığı işarələyən bir rəngdir. Bu rəngi paltarlarınızda istifadə etməniz sizi soyuq, amma azad göstərəcək. Dinc və sakit məkanlar yaratmaq istədiyinizdə bu rəngə həyatınızda yer verə bilərsiniz.

Balıq bürcü
Balıq bürcün rəngi bənövşəyidir və son dərəcə mistik bir rəngdir. Dərin mövzulara cəmlənmək üçün və hisslərinizin daha da güclənməsi üçün bu rəngi həyatınızda istifadə etməyə çalışın. Sirrli insanlar bu rəngi həm paltarlarında həm də ev dekorasiyalarında tez-tez istifadə edərlər.
Etiketlər: rəngi, bürcü, bürcünün, istifadə, rəngdir, həyatınızda, istəyirsinizsə, paltar, bürcün, paltarlarınızda, Oxatan, Oğlaq, Xərçəng, dinclik, Dolça, fayda, həyatınıza, təmsil, olmaq, qızıl
BİZİ İZLƏYİN