• Əqrəb bürcünün xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 13 774

Tarix : 4-10-2016, 09:00

Bölmə : Bürclər


Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər.
Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər.
Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.
Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın.
Əgər siz qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa, onda siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin. Onlar bunu nəzərindən qaçırmayacaqlar.
Hədiyyəyə gəldikdə, Əqrəblər qızıl əşyaları, amuletləri çox sevirlər. Əgər qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda gülləri də unutmayın.
Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin. Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər. Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin. Belə ki, bu gələcəkdə münaqişələr üçün fakt ola bilər. Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız. Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar. Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın. Söz vermisinizsə, mütləq əməl edin. Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib.
Etiketlər: Onlar, Əqrəb, söhbət, bilər, söyləyin, mütləq, diqqətini, Əqrəblər, sevirlər, qadın, haqqında, qulluq, almaq, çalışın, Onları, unutmayın, Söhbət, gülləri, istəyirsinizsə, Əqrəbə
BİZİ İZLƏYİN