• Qız bürcü və Seksual həyat

Reseptin məlumatları Baxış sayı: 19 349

Tarix : 1-11-2016, 09:00

Bölmə : Bürclər


Kişi-Qız qızları tovlayıb özünə cəlb etmir; çox vaxt onların özləri haradasa şam yeməyi təküf edirlər və bununla da sevgi münasibətləri üçün əsas yaradırlar. Qız çox ürkək və utancaqdır. Tanışlığı ümumi dost vasitəsilə və ya işdə baş verir. Dəqiqliyi çox sevir. Eyni zamanda nəzakətli hərəkətləri, müxtəiif mövzularda söhbətləri yüksək qiymətləndirir. Görüş yerini özü seçməyə üstünlük verir və kiminlə əlaqəyə girəcəyini çox gözəl anlayır. Stolun altından qadının dizinə toxunmaq və ya ictimai yerdə onu qucaqlamaq kişi-Qıza yad hərəkətdir. İntim şam yeməyinin vaxtı çatanda, ən yaxşısı budur ki, hər şeyi əvvəlcədən danışıb həll edəsən. Ola bilsin ki, hansı tərzdə məhəbbətlə, sevgilə məşğul olmaq məsələsi də müzakirə edilsin. Nə ehtirasın sözlə vulqar ifadəsi, nə də ki, zəhlətökənlik olmayacaq. O, qadın anatomiyası ilə yaxşı tanışdır; ilkin nəvazişləri ardıcıl olacaq. Seks sahəsində o qədər də fantaziyası yoxdur. Özünü fəda etməyə hazır oian kişi-Qız tərəfdaşına böyük ləzzət vermək üçün əlindən gələni edir.

Qadın-Qız isə seksdə tələsən, tez fatehliyə can atan kişiləri xoşlamır. İntizamlı və səbirli olanları sevir; seksual münasibətləri labüd məntiqi əlaqələrin nəticəsi kimi gözləyənlərə üstünlük verir. O, məmnuniyyətlə yatağa gedərsə də, sentimental rapsodiyalara qulaq asmağa ehtiyacı hiss etmir. İmkanı olsa yatağını çiçəklərin ətrilə doldurar. Onun qadın gözəlliyi və təvazökarlığı kişini məmnun edir. Mümkün olanı etrnəyə hazırdır. Seks onun üçün səhər qəhvəsi hazırlayıb süfrəyə vermək kimi bir şeydir.
Etiketlər: verir, üstünlük, vermək, münasibətləri, qadın, sevir, etmir, gələni, əlindən, böyük, tərəfdaşına, ləzzət, tələsən, İntizamlı, səbirli, xoşlamır, kişiləri, seksdə, fatehliyə, qadındır
BİZİ İZLƏYİN