• 2017-ci ildə bürcləri nələr gözləyir?

Reseptin məlumatları Baxış sayı: 11 791

Tarix : 9-12-2016, 01:30

Bölmə : Bürclər


Qoç
2017 Qoçlar üçün fədakarlıq ilidir. Aprel ayından sonra zəhmətlərinin bəhrəsini artıqlaması ilə görəcək və olduqca məhsuldar dövrə qədəm qoyacaqsan. Sevgini doya-doya yaşayacaqsan.
Təklifim: Özünə tez-tez "Nə üçün?", "Niyə?", "Nə qədər?" suallarını verməlidirlər. Dama-dama göl olar.

Buğa
Bu bürcün nümayəndələri gələn il stereotipləri dağıdacaq. Bu vaxta qədər həyata keçirmək istədiyin arzularını reallaşdırmaq baxımdan əlverişli ildir.
Təklifim: Sentyabr ayını gözlə və gör. Haqlı olduğumu təsdiqləyəcəksən.

Əkizlər
Keçmişə qayıtma. Bu il duyğularınla üzləşməyə məcbursan. Sinir sistemi xəstəliklərinə diqqət etməkdə fayda var.
Təklifim: Keçmişlə yaşamağın heç kimə faydası olmayıb.

Xərçəng
Bu il şübhəyə, qısqanclığa yer verməsən və qarşındakı insana inansan, güclü sevgi yaşayacaqsan.
Təklifim: Özünü küləyin istiqamətinə burax.

Şir
Özünün, ruhunun və zəkanın doyacağı bir il səni gözləyir. Bütünləşəcəksən. Yaradıcılığında fasilə vermə.
Təklifim: Susma, danış ki, səni eşitsinlər.

Qız
Bu il pula doyacaqsan və yaxşı istirahət edəcəksən.
Təklifim: Sevgiyə inanmalısan ki, səni tapa bilsin.

Tərəzi
Köhnə dostdan düşmən olmaz. Yeni bir iş və ya yeni bir ev, həyatını dəyişə bilər. Məhəbbətdə dilemmaya düşmə, sonra oradan çıxa bilmərsən.
Təklifim: Riskə hazır ol.

Əqrəb
Napoleonun dediyi kimi; Pul, pul, pul. Sadəcə səbirli olmaq lazımdır. Məhəbbət və pul sarıdan uğurlu il olacaq.
Təklifim: Sadəcə istə ki, gəlsin.

Oxatan
Xarici səfərlər, yeni sosial ətraf mühit və ya media bu il sənə xidmət edəcək. Köhnə münasibətlər gündəmə gələcək.
Təklifim: Ana-ata olmaq istəyən Oxatanlar, 2017 sizin ilinizdir.

Oğlaq
Hər şərdə bir xeyir var. Müqavimət göstərmə, bir az sakit ol. Buna ehtiyacın var.
Təklifim: Əvvəlki sən olmayacaqsan. Yeni halına öyrəşməlisən.

Dolça
Məhəbbət mövzusunda dəyişikliklərə hazır olmalısan. Özünü və özünə yaraşan birini tapacaqsan. Pul məsələsində də sürpriz irəliləyişlər var.
Təklifim: Sürprizlərə hazır ol.

Balıq
İdarə et, qazan, gətir. Bu il yeni tanışlıqlar baxımdan uğurlu olacaq.
Təklifim: Artıq özünü düşün.
Etiketlər: Təklifim, hazır, Sadəcə, qədər, olmaq, Məhəbbət, olacaq, uğurlu, baxımdan, yaşayacaqsan, Özünü, Köhnə, sonra, sarıdan, Sevgiyə, inanmalısan, bilsin, lazımdır, edəcəksən, gəlsin
BİZİ İZLƏYİN