• Əyləncəli bürclər

Reseptin məlumatları Baxış sayı: 11 309

Tarix : 5-01-2017, 09:00

Bölmə : Bürclər


Qoç
Burnu havada, özünü bəyənmiş tiplərdir. Dünya onların ətrafında dönər zənn edərlər. halbuki heç də elə bir şey yoxdur. Bir ağcaqanad belə onların ətrafında dönməyə tənəzzül etməz. Qoç bürcündən birinə aşiq olmayın. Çünki əgər elə bi qəflətə düşsəniz sizi iztirab, əziyyət və gözyaşı dolu günlər gözləyir deməkdir. Türk filmində pərişan olan artistlərdən daha çətin vəziyyətə düşərsiniz. Çünki bu qoç qıçınıza təpiyi bir gün yapışdıracak və o günün hazırlığını çox əvvəldən etməyə başlayar. Oyananda iş-işdən keçmiş olar.

Buğa
Dünyaya inad etmək üçün gəlmişlər. İnadını göstərmək üçün fürsət tapar. Yanına yaxınlaşanda bir öküz kimi hücum edər və daha qurduğunuz ilk ünsiyyətdə inadını göstərər. Bu onun imtina edilməz xasiyyətidir. Onunla həmsöhbət olmaq intihar etməklə eynidir. Buğanı görən kimi anda ondan qaçmaq üçün yol dəyişdirmək, tanımamazlıq etmək, havaya baxaraq fit çalıb yanından keçmək ən ağıllı davranışdır. bütün bu yazdıqlarımızdan sonra ONA aşiq olmaq kimi bir fikrə düşsəniz, deməli sizin də ən az buğa qədər müalicəyə ehtiyacınız var.

Əkizlər
Bu qədər ikiüzlü bir bürc ola bilməz vallah. Əkizlərə güvənib yola çıxmayın. Çünki yarı yolda qalarsınız. Əkizlər bürcüylə yoldaşlıq edən biri intiharın eşiyindədir. Çünki tez-tez dəyişməsi insanı böhrana aparır. Məsələn teatra gedəcəksən, bir dəqiqə əvvəl gələcəyim dedisə gəlməyəcəyəm deyə dirəşəcək. Bir dəqiqə sonra yenə gedək deməyə başlayar. Ölərsənmi, öldürərsənmi? Allah da səbir verər amma hara qədər? Əkizlər bürcü ilə olanların az bir hissəsi haqq yolunu taparlar. Təbii ki, əgər sağ-salamat bu əlaqəni sona çatdıra bilsələr.

Xərçəng
Çox romantik bir bürcdür. O qədər ki, sevdiyini çiçək yağışına tuta. Bir müddət sonra çiçək almağa pulu qalmaz, kredit kartlarına müraciət edər və borcları gedərək artar. Borc verənlər axtarmağa başlayar, amma o xasiyyətindən imtina etməz və sevgilisinə hədiyyə almağa davam edər. Sevgilsinin də hər yəni hədiyyə və çiçək olar. Xərçənglə sevgili olmaq bü tərəfdən çox qazanclıdır. Ondan yığdığınız çiçək və hədiyyələrlə rahatlıqla bir iki dükan açar və varlanarsınız. O isə müflisləşsə də, romantizmdən əsla imtina etməz, romantik doğular, romantik böyüyər, romantik ölərlər.

Şir
Onun qədər özünü bəyənmiş birini tapa bilməzsiniz. Aynada özünü seyr edib elə dayanar. Getdikləri hər mühitdə diqqət çəkirlər və buna görə də çox sanballıdırlar. Yanlarına yaxın gəlmək olmur. Onu yola gətiməyin yolu yoxmuş kimi davranmaqdır. Bu taktika şiri şoka salar. İki-üç gün özünə gələ bilməz. Hətta yatağa düşər. Ona aşiq olmaq yaxşı kimi görünsə də, axırda dəli ola bilərsiniz. Onun həmişə tərif gözləyən xarakteri sizi dəli edə bilər,ağıl xəstəxanasında müalicə olmağı da gözünüzün önünə gətirin. Allah səbr versin.

Qız
Hər şey təmiz olmalıdır. Bu mövzunu o qədər irəli aparib ki, etdiyi təmizliklə də kifayətlənməz və yerlərdə qalan üç dənə toz zərrəciyinin arxasıyca düşər. Mikrobların ən sevmədiyi insanlar qız bürcü insanlarıdır. Onları görəndə "Qaçıııııın, qız bürcündən kimsə gəlir. İmdaaaad!" - deyə qışqırar. Yazıqlar yaşamaq üçün qızlardan uzaq dayanmaq məcburiyyətindədirlər. Təmizlikdən başı qalxmadığı üçün həm dünya gündəmindən, həm də sevgi işlərindən uzaq bir həyat yaşayarlar. Mücərrəd bir varlıq kimidir. Bu qədər mənfi xüsusiyyətlərinə baxmayaraq yuyucu firmaları onların arxasındadırlar. Çünki bu işi onlardan daha yaxşı bilən birini tapmaq mümkün deyil.

Tərəzi
Tərəzilər əylənməklə huşunu itirər. İşlər-gücləri əylənməkdir. Səhər durub əylənər, gecə yatar əylənər. Həyatları əylənməklə keçər. Tərəziylə olanlar əylənmək məcburiyyətindədir. Tərəzinin tempinə ayaq uydura bilməsələr də, digər bürclər sıxıntılarını tərəzilərin yanında təyin edərlər. Amma hesabı ödəməyə gələndə işlər qarışar. Çünki tərəzi bu mövzuda profesionaldır və tez aradan çıxır. Onunla birlikdə ilişənlərə isə qab-qacaq yumaq və yerləri silmək qalar. Tərəzi yeni əyləncələrə gətirib çıxararkən...

Əqrəb
Əqrəblə birlikdəsinizsə, sizə lap yazığımız gəldi. Çünki bu əqrəb mütləq bir səbəb tapıb sizi anadan olduğunuza peşman edəcək. Bunu etmək üçün səbəb tapmaq da da çətinlik çəkməz. Çünki səbəb tapa bilməyəndə bunu özü icad edər. Bu qısqanc və dikbaş əqrəbə qarşı ən yaxşı müdafiə üsulu onun haqqında dərhal gözəl sözlər deməkdir. Qısa müddətdə bu bacarığı göstərə bilməsəniz, özünüzə xəstəxanadan uyğun bir xidmət təyin etmək məcburiyyətində qala bilərsiniz. Əqrəblə dolanmağın ən yaxşı yolu onun nə qədər gözəl və ya yaraşıqlı olduğunu söyləyərək aradan çıxmaqdır.

Oxatan
Oxtaan bürcü insanları hər mövzuda fikir bəyan edən nadir insanlardır. Onların hər mövzuda fikiri var. Bu səbəblə bu insanlardan uzaqda durmaqda saysız fayda var, ən az bildikləri mövzuda belə saatlarla sizə məsləhət verə bilərlər. Əsəb pozan bir şəxsiyyətə sahib olduqlarını bilmədikləri üçün tez-tez döyülərlər. Əgər başınızın ağırmasını istəmirsinizsə, onlardan uzaq durun.

Oğlaq
Dərə-təpə gəzən bir dəli görsəniz, bilin ki, o oğlaqdır. Azadlığa görə hər şeyi edər. Paraşütdən tullanar, su xizəyi edər, içi timsah dolu bir çayda üzər, dağlara dırmaşar, uzatmayaq, bütün dəliliklər və axmaqlıqlar ondadır. Oğlaqla görüşəndə ediləcək ilk iş təhlükəsizliyini təmin etməkdir. Çünki sizi də alət etmək istəyəcək. Ya başınız qırılacaq ya da bir orqanınız yararsız hala gələcək. Heç bu oğlağın vecinədir? Heç bir zəng edib "Allah şəfa versin" - belə deməz. O özünə yeni dostlar tapmağa çalışar. Tapmaqda da çətinlik çəkməz. Sevgidən danışmadıq... Oğlaqla görüşməyin bir ayağı çuxurda olduğunu deməyə gərək var? Allah oğlaqlarla yaxınlaşanlara və ya görüşənlərə qəza-bəla verməsin.

Dolça
İntellektual şəxsiyyətləriylə diqqət çəkərlər. Sənət, iqtisadiyyat, siyasət və daha bir çox mövzuda məlumat sahibidirlər və bunu da hər mühitdə göstərmək istəyərlər. Onların ən böyük yanılmaları da budur. Özlərini hər kəsin maraqla dinləyəcəyini sansalar da nifrət və kindən başqa heç nə ilə qarşılanmazlar. Hətta bürcünün dolça olduğunu öyrəndiyi an hər kəs aradan çıxır. O da, bağışlayın, vedrə kimi ortalıqda qalar. Beynindəki axmaqlıları izah edəcək bir-iki varlıq axtarar, amma tapa bilməz. Bu qədər mənfi xüsusiyyətlərini saydığımız birinə aşiq olursunuzsa, siz də dolçasınız vallah..

Balıq
Həmişə xəyal quran bir sevimli axtarırsınızsa, balıq tam sizə görə amma nədənsə bunu söyləməyə cəsarətim çatmır. Çünki bu xəyallar bir müddət sonra sizin üçün darıxdırıcı və hətta dəli edən nöqtəyə gələcək. İşin ən dramatik yanı isə bir gün bu xəyalların reallaşmasını sizdən istəməsidir. Onda gizlənməyə deşik axtarsanız da, çətin taparsınız. Çnki o bir balıq kimi tullanıb sizi tapar. Tamam məntiqsiz və zır dəli biridir, amma sizdən dəftərinizi alacaq qədər də deyil. Balığın sizi tutanda nələr edə biləcəyini isə nə siz soruşun, nə də biz izah edək.
Etiketlər: qədər, Çünki, etmək, mövzuda, Allah, yaxşı, sonra, olmaq, çiçək, romantik, etməz, aradan, bürcü, imtina, Əkizlər, özünü, başlayar, onların, olduğunu, bilməz
BİZİ İZLƏYİN