• Bürclərin başına gəlmiş ailəvi problemlər

Reseptin məlumatları Baxış sayı: 2 199

Tarix : 16-06-2017, 09:00

Bölmə : Bürclər


Qoç - zirəklik, ixtiraçılıq və yaradıcı yanaşmadan daha çox səliqə, detallara diqqət və intizam tələb edən işlər üçün pis gün deyil. Hesab işləri, sənədlərin rəsmiləşdirilməsi və smeta tutulması ilə məşğul olmaq olar. Bu gün hətta humanitar meylli adamlarda da rəqəmlərlə işləmək qismən asan olacaq.

Buğa - həyat tonusunda azalma tendensiyası müşahidə olunacaq. Ona görə də yükün düz bölünməsi, gün rejiminə riayət olunması və düzgün qidalanma çox vacibdir. Orqanizminizin möhkəmliyini yoxlamağa dəyməz. Günün ikinci yarısı kübar tədbirlər mümkündür. Onlar kifayət qədər şən keçəcək. Amma belə tədbirlərdə çox ləngiməsəniz yaxşıdır.

Əkizlər - uğursuz gündür. Qarşınıza aşılması çox çətin olan maneələr çıxacaq. Taqətdən düşənədək bütün problemləri həll etməyə səy göstərəcəksiniz. Amma problemlər bitmək bilməyəcək. Həmkarlarınız, hətta yaxın dostlarınızla ciddi fikir ayrılıqları yarana bilər.

Xərçəng - çətin olacaq. Bu gün hansısa ciddi qarşıduma, yaşamaq üçün üçün yox, ölüm üçün mübarizə ilə yadda qalacaq. Mübarizənin nalayiq, alçaq hesab etdiyiniz üsullarına əl atmağa məcbur olacağınız istisna deyil. Təxribatlar mümkündür. Sizdə antipatiya yaradan insanlarla iş görərkən sayıq olun! İntuisiyanıza etibar edin, o, sizi aldatmayacaq.

Şir - ətrafınızdakı adamlara diqqətlə baxın: bu gün kiminsə yalansı xeyirxahlığının arxasında həsəd və kin gizlənə bilər. İntuisiyanızın sizi yanıltması mümkündür. Amma məntiq və sağlam düşüncə çətin vəziyyətdən baş çıxarmaqda kömk edəcək. Pulu ağılla xərcləyin, planlaşdırılmamış bazarlıqlar məsləhət deyil.

Qız - iş və şəxsi xarakterli görüşləri günün ikinci yarısına təyin etmək daha yaxşıdır. Məhz bu vaxt həmsöhbətinizi dinləmək və anlamaq, eləcə də öz nöqteyi-nəzərinizin doğruluğuna inandırmaq daha asan olacaq. Ailə problemlərini tez həlli etmək mümkün olacaq, ev işləri üçün münasib gündür.

Tərəzi - yeni işlərdə, ətrafdakılara orijinal və riskli görünən cəsur başlanğıclarda yaxşı nəticələr əldə etmək mümkündür. Gün istənilən yaradıcılıq üçün münasibdir. Rəhbərlik sizdən razıdır. Lakin bu gün karyera yüksəlişi və ya maaş artımı ilə bağlı müzakirələr üçün əlverişli deyil.

Əqrəb - adi işlər, cari məsələlərin həlli üçün münasib gündür. Yaradıcılıq potensialı yüksək deyil. Yeni ideyalarla öyünə bilməyəcəksiniz. Amma onlarsız da keçinmək mümkündür. Bu gün rəhbər Butğalar üçün uğurlu olacaq. Onlar işçilərinə etibar edə və hər hansı hiylədən narahat olmaya bilərlər.

Oxatan - tez-tez problemlər yaranacaq və təkbaşına onların heç də hamısının öhdəsindən gəlmək mümkün olmayacaq. Problem odur ki, borclu qalmaq istəmədiyiniz və xoşunuza gəlməyən adamlara bu gün kömək üçün müraciət etməli olacaqsınız. İşdə ciddi münaqişə mümkündür.

Oğlaq - evdə də hər qey qaydasında deyil. Çoxlu xırda incikliklər kefinizi pozmaya bilməz. Emosiyalarınızı nəzarətdə saxlamaqda çətinlik çəkirsiniz və onlar bəzən yersiz şəkildə işinizə sirayət edir. Uşaqlar və yeniyetmələrlə yola getmək çətin olacaq. Yaşlı nəslin nümayəndələri ilə dil tapmaq isə qismən asandır.

Dolça - planlaşdırdığınız işlərlə sakitcə məşğul olmaq olar. Yolunuzda keçilməz əngəllər yaranmayacaq. Vacib işləri başqasına etibar etmək məsləhət deyil: siz onların öhdəsindən daha yaxşı və tez gələ bilərsiniz. İşdə fikir ayrılıqları mümkündür. Rəhbər Dolçalar işçiləri ilə yola getməkdə çətinlik çəkəcəklər. Amma baş verənlər məhsuldar işləməyə qətiyyən mane olmayacaq.

Balıqlar - bu gün az qala məşğul olduğunuz hər işdə əla nəticələr əldə edəcəkiniz. Təbii ruh yüksəkliyi və diribaşlıq maneələri aşmaqda, yeni müttəfiqlər tapmaqda və nüfuzlu şəxslərin rəğbətini qazanmaqda kömək edəcək. Başqa yerə köçmək və ya fəaliyyət sahəsinin dəyişdirilməsi ilə bağlı maraqlı iş təklifləri almağınız mümkündür.
Etiketlər: mümkündür, deyil, olacaq, çətin, etmək, məşğul, ciddi, işləri, etibar, gündür, çətinlik, adamlara, qismən, bağlı, münasib, problemlər, öhdəsindən, onların, olmayacaq, edəcək
BİZİ İZLƏYİN