• Qız və Buğa bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 4 422

Tarix : 1-09-2017, 09:00

Bölmə : Bürclər


Bunlar bürclər dünyasında bir-biri üçün yaradılmış iki bürcdür. Qız və Buğa ikilisinin münasibəti unudulmaz və həyəcanverici olacaq. Hər ikisi də sevdiyinə sadiq bürclər olduğundan bu münasibətdə üçüncü nəfərlə bağlı problem olmayacaq. Ancaq Qız qarşı tərəfin sadiqliyindən əmin olmasa, öz içindəkiləri açıb, deməz. Bu vəziyyətdə Buğa bürcünün üzərinə böyük iş düşür. Partnyoruna olan bağlılığını və sədaqətini sübut edə bilsə, Qızla bərabər xoşbəxt bir münasibət onları gözləyir. Buğa və Qız bürcü cütlüyü arasında böyük məhəbbət olur. Tərəflərin hər ikisi də sevgi və romanikaya əhəmiyyət verirlər. Hər ikisi də həyatlarında həqiqi məhəbbətlərini axtarmaqdan yorulmurlar. Qız işgüzar və iddialıdır. Onun bu iddiası Buğa bürcünə də ilham verir. Qız və Buğa bürcü ikilisinin bir-birini çox yaxşı başa düşəcəyindən əmin ola bilərsiniz. Buğa bürcünün bürclər dünyasında ən yaxşı münasibət yaşadığı bürclər Oğlaq və Qızdır. Buğa bürcü kişisi çox qısqancdır. Buğalar inadkardırlar və sevgilisini əsla heç kimlə bölüşmək istəməzlər. Qız bürcü sosial, ətrafı geniş və aktiv insanlardır. Onun bu aktivliyi Buğa bürcünü narahat edə bilər. Qız bürcü sevdiyi vaxt sevgilisini həddindən artıq sahiblənir. Bu sahiblənmə Buğanın xoşuna gəlməyə bilər. Bu münasibətin əvvəllərində Buğanın sirlərlə dolu olması Qız bürcü üçün həddindən artıq cəlbedicidir.
Etiketlər: bürcü, bürclər, ikisi, həddindən, sevgilisini, yaxşı, Buğanın, böyük, bürcünün, münasibət, bilər, artıq, ikilisinin, dünyasında, Oğlaq, Qızdır, kişisi, axtarmaqdan, inadkardırlar, Buğalar
BİZİ İZLƏYİN