• Oxatan və Şir bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 831

Tarix : 11-10-2017, 09:00

Bölmə : Bürclər


Şir də, Oxatan da od ünsürünə mənsub bürclərdir. Eyni ünsürə mənsub olduqları üçün bir-birlərini başa düşməkdə çətinlik çəkməyəcəklər. Şir lider bürcdür və dostları onu çox istəyir. Oxatan çılğınlığı ilə dostlarının sevgisini qazanır. Hər ikisi də dostları ilə bir yerdə vaxt keçirməkdən həzz alan bürclərdir. Bir yerdə danışacaqları çox mövzu olacaq. Əgər bu cütlük bir-birinə vaxt ayıra bilsə, onlar bir yerdə çox gözəl vaxt keçirəcəklər. Şir və Oxatan bəzi mövzularda bir-birlərinə tərs bürcdür. Ancaq əks qütblər bir-birini cəzb edir. Əgər gözəl və uzunmüddətli münasibət yaşamaq istəyirsinizsə, bir-birinizin danışıqlarına qulaq asmağı bacarın. Əks təqdirdə ikiniz də əsəbləşəndə gözünüz heç nəyi görməyəcək. Şir bürcünün sorğusuz sualsız sevgi yaşayacağı bürc Oxatan bürcüdür. Onlar bir-birini yaxşı başa düşür. Buna görə Şir və Oxatan həm də yaxşı dost olurlar. Hər ikisi də demək olar ki, oxşar zövqlərə sahibdir. Hər ikisi də getdikləri məclisdə hər kəsin marağını özlərinə cəlb etməyi bacarır. Çütlük ilk əvvəl yaxın dost ola bilər, ancaq bu dostluq zamanla sevgiyə çevriləcək.
Etiketlər: Oxatan, ikisi, yerdə, bürcdür, birini, gözəl, yaxşı, dostları, mənsub, bürclərdir, əsəbləşəndə, ikiniz, düşür, demək, olurlar, Onlar, bürcüdür, görməyəcək, sualsız, sorğusuz
BİZİ İZLƏYİN