• Oğlaq və Qız bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 10 091

Tarix : 24-10-2017, 09:00

Bölmə : Bürclər


Oğlaq bürcünün işinə düşkün olmasını bilməyən yoxdur. Onun bu iddası bir çox bürclər tərəfindən lazımsız hesab olunur. Qız və Oğlaq bürcü ikisi də işgüzar olduğu üçün bir-birlərini çox yaxşı başa düşürlər. Həm Oğlaq, həm də Qız bürcü torpaq ünsürü olduğu üçün demək olar ki, eyni xarakterə malikdirlər. Oğlaq xarici görünüşdən soyuq görünə bilər, ancaq daxilən balaca uşaq qədər həssasdır. Qız romantik sözləri ilə deyil, hərəkətləri ilə Oğlaqın ürəyində inam əldə edə bilərsə, Oğlaq onu dünyanın ən xoşbəxt insanı edəcək. Qız və Oğlaq bürcü cütlüyü haqqında çox şey demək olar. Bir-birlərini tamamlayan bu ikili bərabər olduqları müddətdə bir-birlərinə gözəl vaxt yaşadacaqlar. Həyatda oxşar məqsədlərə və zövqlərə sahib olan ikili, əsasən, işləməkdən zövq alır. Oğlaq sanki, dünyaya işləmək və qazanmaq üçün gəlib. Bu cütlüyün münasibəti ümumilikdə uzunömürlü olur. Sakit, amma bir o qədər də romantik bir münasibət yaşanacaq. Qız bürcü bəzən vecsiz ola bilər. Onun bu məsuliyyətsizliyi Oğlaq bürcünü özündən çıxaracaq. Mükəmməl hesab edilən bu cütlük belə mübahisələr nəticəsində yolun sonuna gələ bilər. Oğlaq bürcünə mənsub şəxslər ümumilikdə hər şeyi idarə etməyi sevirlər. Qız bürcü bu vəziyyətə qarşı əks reaksiya verəcək. Çünki bu hərəkətlərə onun təbiətində yer yoxdur. Daimi olaraq Oğlaq bürcü ilə anlaşılmazlıqlar yaşayacaqlar. Ancaq bir-birlərini başa düşməlidirlər.
Etiketlər: Oğlaq, bürcü, birlərini, bilər, olduğu, ikili, hesab, ümumilikdə, romantik, qədər, yoxdur, demək, Sakit, yaşanacaq, münasibət, məsuliyyətsizliyi, çıxaracaq, özündən, bürcünü, vecsiz
BİZİ İZLƏYİN