• Dolça və Tərəzi bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 3 439

Tarix : 6-11-2017, 09:00

Bölmə : Bürclər


Tərəzi və Dolça real, analitik və ağıllı insanlardır. Onlar üçün həssaslıq ön planda deyil, ancaq özləri kimi xarakterdə olan biri ilə olsalar, olduqca romantik bir münasibət yaşayacaqlar. Dolçanın sərbəst ruhunu anlayan Tərəzi onun üçün düzgün seçimdir. Dolça yaxın münasibətlərdən uzaq durur, Tərəzi isə ailə və evliliyə böyük əhəmiyyət verir. Dolçanı evlilik mövzusuna müsbət yanaşmağa razı salan Tərəzi bu münasibətin xoşbəxt sonluqla bitəcəyinə işarədir. Dolça bürcünün məntiqli xarakteri Tərəzi bürcü ilə oxşarlıq göstərir. Hər ikisi də ağıllı insanlardır və qarşısındakı insanın da ağıllı addımlar atmasını gözləyir. Ümumilikdə sənətçi ruhlu olması ilə yanaşı, riyazi məntiqi güclü olan Tərəzilər Dolçalarla bir-birini başa düşməkdə çətinlik çəkməyəcək. Münasibətin əvvəllərində bir az çətinliklər olsa da, sonralar gözəl cütlük olacaqlar. Tərəzinin özündən əmin duruşu Dolça bürcünün qısa zamanda marağını cəlb edəcək. Dolça sağlamlığına və idmana böyük əhəmiyyət verir. O, xarici görünüşünə əhəmiyyət verir və bunun üçün səy göstərir. Təbii ki, qarşısındakı insanın da baxımlı olmasını istəyir. Dolça bürcü bəzilərinin düşüncələrinə görə soyuq insan hesab edilir. İnsanlar bu fikirlərində haqlıdırlar, çünki Dolça insanlara zaman-zaman soyuq davranır. Amma bu soyuqqanlılığı onun heç kimi sevə biləyəcəyinə işarə ola bilməz. Çünki Tərəzi ilə Dolça cütlüyünün münasibəti xoşbəxt sonluqla bitəcək.
Etiketlər: Dolça, Tərəzi, verir, əhəmiyyət, ağıllı, soyuq, xoşbəxt, göstərir, bürcü, bürcünün, qarşısındakı, böyük, sonluqla, insanın, insanlardır, zaman, çətinlik, çəkməyəcək, Münasibətin, düşməkdə
BİZİ İZLƏYİN