• Bürclərə görə arıqlama məsləhətləri

Reseptin məlumatları Baxış sayı: 2 323

Tarix : 10-12-2017, 09:00

Bölmə : Bürclər


Qoç bürcü
Yeni qidalanma proqramına başlamaq, rejimi dəyişmək qoçlara maraqlı gələcək. Qoçlar üçün vacib olan etdiklərinin nəticələrini sürətli şəkildə görə bilməkdir. Əgər uzun müddətdə az nəticə alsalar, əl çəkəcəklər.

Buğa bürcü
Buğalar aclıq məntiqi ilə işləyən dietlər edə bilmirlər. Çünki onlar yemək yeməyi çox sevirlər. Onların dad alma qabiliyyəti çox inkişaf etmişdir. Ləzzətli, amma sağlam qidaları qəbul edərək diet saxlaya bilərlər. Hətta öz yetişdirdikləri tərəvəzləri yemək, onlarla yemək hazırlamaq onlar üçün maraqlıdır. Şəkərdən uzaq durmalıdırlar.

Əkizlər bürcü
Əkizlər iki işi eyni anda rahatlıqla görmək qabiliyyətinə malikdirlər. Diet və idman proqramını birlikdə həyata keçirə bilərlər. Onların bədəni aktiv halda ikən daha çox kalori sərf edir. İlk bir neçə gün çətinlik çəksələr də, daha sonra buna alışacaqlar. Ayaqda yemək yemək vərdişindən əl çəkməlidirlər.

Xərçəng bürcü
Yemək mövzusunda nazlı bürclərdir. Yemək seçirlər və nizamsız qidalanırlar. Qidalanma mövzusunda özlərini öyrəşdirməlidirlər. Ana xərçənglər övladlarına çox yemək yedirtməyə çalışırlar. Bu halda ziyanlı qidalanma vərdişləri yarana bilər. Buna diqqət etməlidirlər.

Şir bürcü
Adətən, özlərini yaxşı hiss etmək üçün yemək yeyirlər. Yemək onlar üçün bir çox şeyə vəsilədir. İclaslar, söhbətlər, dost görüşləri daim yemək olan yerlərdə gerçəkləşir. Rejimə sadiq qalmaq üçün vərdiş qazanmalıdırlar. Sağlam yeməklər seçdikləri halda belə karbohidratla zəngin souslarla dadlandırmağı sevdikləri üçün souslardan uzaq durmalıdırlar.

Qız bürcü
Diet bir qız bürcü üçün həm praktik, həm də metodik bir şeydir. Onun dietə başlamazdan qabaq qida dəyərlərini və faydalarını bilməsi, yeyəcəyi hər şeyi planlaması, bir gündəlik tutması vacibdir. Asan işlər onlar üçün zövqlü deyil. O həmişə çətin və sistemli şeylərin arxasınca qaçır. İçində mükəmməllik olmayan bir diet siyahısı qız bürcünü xoşbəxt etməyəcək və diet etmək istəyini azaldacaqdır.

Tərəzi bürcü
Tərəzilər ancaq yaxşı bir motivasiya ilə dietə başlamağa könüllü olurlar. Onların onsuz da anadangəlmə bir gözəllikləri və özlərinə inamları vardır. Qidalar ləzzətli olmalıdır və onları xoşbəxt etməlidir. Dieti özləri üçün maraqlı hala gətirsələr, uğur əldə edə bilərlər. Kaliumla zəngin qidalar qəbul etməlidirlər.

Əqrəb bürcü
Əqrəblər iradəsi güclü insanlardır. Buna görə də, adətən, idmanla məşğul olmağa ehtiyac duymurlar. Qərarlılıq, iradə bu bürcün xüsusiyyətləri arasındadır. Yemək yeməyi sadəcə yaşamaq üçün seçirlər. Adətən, çox hərəkət edirlər və qidalanma vərdişlərini idarə edə bilirlər. Ancaq sağlam və lifli qidalarla qidalanmalıdırlar, yoxsa həmişə həzm sistemi problemləri yaşayacaqlar.

Oxatan bürcü
Oxatanlar qalib gəlməyi sevirlər. Bunun həzzini yaşamaqdan xoşbəxtlik duyacaqları üçün diet və düzgün qidalanma ilə məşğul olurlar. Keyfiyyətli yerlərdə gözəl şeylər yeməyi, fərqli ləzzətlərin dadına baxmağı sevirlər, ancaq görünüşlərinin qaydasında olması da onlar üçün vacibdir. Buna görə də idman edib, bunu əyləncəli bir hala gətirərək yaşamağı seçirlər. Oxatanlar qaraciyər barəsində həssas olduqları üçün qidalarını buna görə seçməlidirlər.

Oğlaq bürcü
Əgər ortaya bir hədəf qoysanız, oğlaq insanı mütləq bu hədəfə çatacaqdır. Bunun üçün də arı kimi işləyəcəkdir. Əlbəttə, bu, bir neçə gündə olmayacaq və çətin yollardan keçəcək. Dietin çətinliklərinə tab gətirmək oğlaq üçün çətin bir işdir, amma bacarmaq onu xoşbəxt edəcək. Əgər bunu bir vəzifə kimi qəbul etsə, mütləq uğur qazanacaqdır. Kalsium çatışmazlığına qarşı diqqətli olmalıdırlar.

Dolça bürcü
Əgər qeyri-adi və maraqlı bir arıqlama üsulu varsa, dolça bunu mütləq sınayacaq. Yeniliksevər və azad insan olduğu üçün adi dietlər onun üçün maraqlı deyil. Əgər istədiyi nəticəni qısa müddətdə əldə etməsə, mövzuya marağını itirəcək və bir də bununla maraqlanmayacaqdır. Ancaq onu həyat tərzi halına gətirməyi bacarsa, diet və idman işə yarayacaq. Alkoqola olan marağını düzgün idarə etməlidir.

Balıq bürcü
Balıq üçün qüsursuz bir diet tapmaq çətin ola bilər. Bunu başqalarının başa düşməsi də çətindir. Hissləri ilə hərəkət edən bir bürc olduğu üçün depressiyaya düşüb çoxlu yemək yeyə bilər. Həddindən çox yemək yemək və ya heç yeməmək kimi qidalanma vərdişlərinə sahib ola bilər. Onun rəqs, yoqa və meditasiya ilə arıqlaması mümkündür. Zərərli içkilərdən və qızardılmış yeməklərdən qaçmalıdırlar.
Etiketlər: bürcü, yemək, qidalanma, onlar, çətin, Yemək, bilər, maraqlı, xoşbəxt, qəbul, idman, bilərlər, sevirlər, Onların, yeməyi, halda, seçirlər, mütləq, etmək, Adətən
BİZİ İZLƏYİN