• Hansı bürc çətin vəziyyətdən necə çıxır: Özünü daha yaxşı tanı!

Reseptin məlumatları Baxış sayı: 3 180

Tarix : 8-12-2017, 09:00

Bölmə : Bürclər


Qoç bürcü
Qoçlar istənilən vəziyyətdən şərəflə çıxmağa vərdiş edib. O, çətinliklərin öhdəsindən müstəqil şəkildə gələ bildiyi üçün özü ilə fəxr edir. Bu bürc altında dünyaya gələnlər həyat yolunda qarşılaşdığı bütün maneələri səssiz-səmirsiz aradan qaldırır.

Buğa bürcü
Buğa bürcündən olanların çiyinləri hər çətinliyə tab gətirir! Bu işarə altında dünyaya gələnlər çətinlikləri dəf etməyi sevir. Üstəlik, onlar uğurunun sirrini başqaları ilə, hətta yad adamlarla belə bölüşməyə hazırdır.

Əkizlər bürcü
Problemlərin öhdəsindən təkbaşına gələ bilmir, çətinə düşəm kimi başqalarından, xüsusilə Qoç və Buğa bürcü altında olan yaxınlarından yardım istəyirlər. Bu yardımın qarşılığında isə həmişə səxavətlə təşəkkür edirlər.

Xərçəng bürcü
Bu bürc altında dünyaya gələnlər ağlayıb-sızlayaraq və ya əzab çəkdiyini ətrafdakılara hiss etdirərək başqalarının onlara yardım etməsinə nail olur. Onlar öz gücünə ancaq yanında dadına çatacaq birinin olmadığını anlayanda arxalanırlar.

Qız bürcü
Qızlar istənilən vəziyyətdən çıxmaq bacarığı ilə fərqlənir. İstənilən məsələləri həll edərək düzgün qərar qəbul edir və bununla qürur duyurlar.

Şir bürcü
Şir problemini həll edənə qədər hamını bezdirib kömək istəyə bilər. Problemi uğurla həll etdikdən sonra isə bütün komplimentləri böyük məmnuniyyətlə öz ünvanına qəbul edir. Əsl xilaskar isə yaddaşında ömürlük xoş xatirə olaraq qalır.

Tərəzi bürcü
Tərəzi qədər problemdən qorxan ikinci bürc yoxdur. Bu bürcün problemlərdən tez dilxor olan nümayəndələri çətin vəziyyəti bir az da özləri qəlizləşdirir. Dara düşəndə çox vaxt Qoç və ya Qızın onlara kömək etməsini gözləyir, lakin heç bir halda təslim olmurlar.

Əqrəb bürcü
Əqrəbi nə iləsə təəccübləndirmək və ya incitmək çox çətindir. Laqeydlik və əminlik bu bürc altında doğulanlar üçün bütün problem və bəlalara qarşı ən güclü silahdır.

Oxatan bürcü
Oxatan bütün məsələləri yumorla həll edir və bu, başqa bürcdən olanların da xoşuna gəlir. Oxatanlardan çox şey öyrənmək olar.

Oğlaq bürcü
Oğlaqlar qarşılaşdığı problemlərə dırnaqarası baxmır, əksinə çox ciddi qəbul edirlər. Hər problemin öhdəsindən özü gəlir, buna baxmayaraq, əmin olmaq üçün insanların təmənnasız dəstəyindən yararlanmaq da istəyirlər.

Dolça bürcü
Dolça bürcündən olanlar bütün həyati əhəmiyyət kəsb edən qərarları görünməmiş ruh yüksəkliyi ilə qəbul edir. Daha sonra ağlı ilə öyünür, hamı da onunla razılaşır.

Balıqlar bürcü
Problemlər Balıqlar bürcü altında doğulanları yavaş-yavaş dəli edir. Utancaq Balıq başqasından kömək istəməyə çəkinir. Kiməsə əl uzatmaq istəyirsinizsə, onu Balıq bürcündən olanlar arasından seçin.
Etiketlər: bürcü, altında, bütün, qəbul, dünyaya, bürcündən, öhdəsindən, gələnlər, kömək, olanlar, istənilən, qədər, Balıqlar, olanların, məsələləri, yardım, Oxatan, onlara, edirlər, gəlir
BİZİ İZLƏYİN