• Super Ailə - Samsung ailəsidir

Reseptin məlumatları Baxış sayı: 18 388

Tarix : 18-04-2019, 18:18

Bölmə : Dadlı.Az


Samsung sırf Azərbaycan üçün çəkilmiş yeni reklam çarxını təqdim edib. Qeyd edilən çarxın əsas üstünlüyü burada sadə Azərbaycan ailəsinin çəkilməsidir ki, bu səbəbdən videoda darıxdırıcı “quru” sözlərə, təmtərahlı təqdimata və süni emosiyalara rast gəlməyəcəksiniz. Reklam çarxı olduqca səmimi və təbii təəssürat bağışlayır.

Videonun ilk kadrlarından aydın olur ki, çarxın sadəliyi özündə məişət texnikasının konseptini əks etdirir. Belə ki, Samsung ilk növbədə sizin rahatlığınızı təmin edən cihazlar istehsal edir. Beləliklə, burada Anti Tangle turbinli tozsoran təqdim edilmişdir ki, təmizlik prossesinin əvvəlindən sonuna kimi dəyişməz sovurma gücünü təmin edir. Turbinin sadə işləmə prossesi mərkəzdənqaçan güvvəsi üzərində qurulub. Xüsusi pərlər əks istiqamətdə hava burulğanı yaradaraq, saç topalarının və çirkin turbinin barmaqlıqları üzərində toplanmasının qarşısını alaraq, tullantıların bir başa konteynerin dibində yığılmasına kömək edir. Anti Tanglе turbinli Samsung tozsoranları təmizliyə az vaxt sərf edərək, yaxınlarınıza daha çox zaman ayırmanızı təmin edir.

Yuxarı dondurucu kameralı və Twin Cooling Plus™ sistemli yararlı Samsung soyuducusu, kamera daxilində 70% rütubəti təmin edərək məhsulların təravətli qalması üçün əlverişli şərait yaradır. Məhsullarınızın faydalı xüsusiyyətlərinin uzun müddət qorunub saxlanılması üçün soyuducuda hərarətin tənzimlənməsi sistemin eyni zamanda iki ayrı hava axınından istifadə etməsi sayəsində mümkün olur. Belə ki, buna misal olaraq, istədiyiniz zaman dondurucu kameranı saxlama kamerasına çevirə bilərsiniz.

Çarxda istifadə edilən mikrodalğalı soba ilə, nəinki yeməkləri bərabər şəkildə qızdıra, həm də dadlı təamlar hazırlaya bilərsiniz. Samsung mikrodalğalı sobaları sözün əsl mənasında sizə dadlı yeməkləri hansı iqrediyenlərdən istifadə edərək və necə bişirəcəyiniz haqqında ətraflı məlumat verir. Belə ki, soba qəlyanaltı, nahar və şam yeməklərindən ibarət hazır menyu ilə təchiz olunub.

Burada həmçinin, paltaryuyan maşın simasında Samsung Add Wash köməkçiniz də qeyd edilmişdir. Sözü gedən bu paltaryuyan maşının quruluşu olduqca maraqlı, istifadəsinin isə asan olması səbəbindən evinizi hətta kiçik sakinləri belə paltar yumaqda sizə sevə-sevə kömək edəcək. Paltaryuyan maşınının konstruksiyası qapı üzərinə yerləşdirilmiş əlavə lyukdan ibarətdir. Əlavə “qapının” köməyi ilə, sadəcə PAUSE düyməsini basaraq, unutduğunuz geyimləri əsas yuma prossesinə əlavə edə bilərsiniz.

Samsung şirkətinin yeni çarxı yüksək texnologiyaları sizin rahatlığınız üçün istifadə edildiyini vurğulayaraq, Super Ailənin- Samsung Ailəsi olduğunu bir daha təsdiq edib.

Super Ailə - Samsung ailəsidir

Etiketlər: Samsung, təmin, istifadə, bilərsiniz, edərək, yeməkləri, üzərində, mikrodalğalı, çarxı, olduqca, əlavə, zaman, kömək, turbinli, paltaryuyan, sizin, edilmişdir, dadlı, dondurucu, çarxın
BİZİ İZLƏYİN