Mütləq dərin və istifadə edəcəyiniz makaron miqdarına uyğun genişlikdə bir qazan istifadə edin. Makaron suyu istifadə etdiyiniz qazanının 3/4-nü keçməməli və ya daha az olmamalıdır.
Sadə su xaricində daha dadlı makaronlar üçün evdə hazırlayacağınız ət, toyuq və balıq bulyonları ilə də makaron qaynada bilərsiz. İstəyirsinizsə, süd də əlavə edə bilərsiz.
Makaron suyu qaynadıqdan dərhal sonra duzu əlavə edin. 4 su stəkanı su üçün 1 şirin qaşığı duz yetərli olacaqdır. Duzu əlavə etdikdən sonra suyun altını azaldın.
Makaron bişirəndə yapışmaması üçün 2-3 yemək qaşığı duru yağ və ya zeytun yağı əlavə edin. Qazan uyğun olmasa, ya da su az gəlsə bu üsul xilaskar olacaqdır.
Hər marka və hər növ pastasının bişmə müddəti fərqlidir. Bu səbəblə mütləq paketin arxasındakı bişmə müddətinə riayət edin. Əgər bişmə müddəti yazmırsa 8-12 dəqiqə arasında çəngəl ilə nəzarət edərək bişib bişmədiyini anlaya bilərsiz.
Dadlı makaron nə az, nə də çox bişmiş olandır. Al dente (dişə gəlir) konsistensiya ən yaxşısıdır.
Makaronun xidmət etmədən dərhal əvvəl hazırlasanız daha ləzzətli olacaq.
Süzərkən makaron şirəsindən bir miqdar ayırsanız hazırladığınız sousları ləzzətləndir-mək və sulandırmaq üçün istifadə edə bilərsiz.
Makaronlar süzülsə belə öz hərarəti ilə bişməyə davam edir bu səbəblə sousu makaron ilə eyni anda bişirməyi tövsiyə edirəm. Beləliklə, vaxt itirmədən xidmət etmək olar.
Etiketlər: makaron, bilərsiz, istifadə, əlavə, Makaron, bişmə, dərhal, səbəblə, müddəti, qaşığı, olacaqdır, xidmət, sonra, uyğun, olandır, bişmiş, Dadlı, dente, konsistensiya, Makaronun