• Stəkanda keks resepti

Reseptin məlumatları Baxış sayı: 35 012

Tarix : 24-07-2015, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
3 yumurta,
1 su stəkanı şəkər,
1,5 su stəkanı un,
Yarım çay stəkanı su,
Yarım çay stəkanı duru yağ,
1 qabardma tozu.
1vanilin,

Üzəri üçün:
Çiyələkli kerm şanti,
Çiyələk sosu.

Hazırlanması:
Dərin bir qabda yumurta və şəkəri qatıb mikserlə çırparaq qar halına gətirin.
Daha sonra duru yağ və suyu əlavə edib çırpmaya davam edin.
Un, qabartma tozu və vanilini də əlavə edərək şparula ilə eyni istiqamətdə qarışdırıb unu yaxşıca yumurtalar ilə qarışdırın.
Daha sonra dondurma stəkanlarını su stəkanlarının içərisinə qoyun.
Içərilərini yarıya qədər xəmir qoyub dondurma stəkanlarını su stəkanları ilə birlikdə fırın tabağına düzün. əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Keksləri fırından çıxardıb soyumağa qoyun.
Bu arada isə krem şantini hazırlayın.
Krem şantiyə 1 stəkan süd qatıb möhkəm çırpın və soyuducuda bir az saxlayın.
Daha sonra şantini soyuducudan çıxardın.
Şirniyyat qaşığını suya batırıb çıxardın və şantidən qaşıqla alıb kekslərin üzərinə dondurma şəkli verib çiyələkli sosla bəzəyin.

Nuş olsun!
Etiketlər: stəkanı, dondurma, sonra, stəkanlarını, qatıb, şantini, çıxardın, qədər, əlavə, qoyun, Yarım, yumurta, çıxardıb, əvvəlcədən, arada, hazırlayın, dərəcə, soyumağa, qızdırılmış, şantiyə
BİZİ İZLƏYİN