Tərkibi:1 ədəd kənd toyuğu
150 qr qoz ləpəsi
2-3 ədəd qırmızı baş soğan
2 ç.q. nar turşusu
Duz, istiot
Hazırlanması:Toyuğa duz və istiot səpilib 2-3 saat saxlanır.
İçliyin hazırlanması:
Qoz ət maşınından keçirilir.
Soğan sürtkəcdən keçirilir, suyu sıxılır.
Soğanın üzərinə qoz, nar turşusu, duz və istiot əlavə edilib qarışdırılır.
İçlik toyuğun içərisinə doldurulur.
Üzərinə turşu çəkilib təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.
Nuş olsun!
Etiketlər: istiot, keçirilir, turşusu, edilib, doldurulur, içərisinə, toyuğun, Üzərinə, qarışdırılır, İçlik, çəkilib, sobada, bişirilir, qızdırılmış, dərəcəyədək, əlavə, təndirdə, turşu, Soğanın, səpilib