Mətbəx künc divanları son zamanlarda mətbəxlərin ayrılmaz hissəsinə çevrilmişdir. Artıq hər bir mətbəxdə künc divan dəstlərinə yer ayrılmışdır, hər bir mətbəxə uyğun klassik və ya modern üslubda künc divan seçimləri vardır. Mətbəxi daraltmayaraq orada rahatlıq yaratmağın yolu künc mətbəxlərdir.
Evdə ən maraqlı anların yaşandığı mətbəxlərdə rahatlığı yaratmaq çox vacibdir. Mətbəxinizə baxdığınızda nə qədər istifadə etmədiyiniz əşyaların mətbəxdə yer aldığını görə bilərsiniz. Bir müddət əvvəl dəbdə olan, indi dəbdən düşmüş və ya bir vaxtlar istifadə edib indi istifadəyə yararsız olan əşyalar. Bütün bunlar sizə ən çox istifadə etdiyiniz əşyaları rahatlıqla tapmağa da maneə yaradır. Bu halların qarşısını almaq üçün sizə tövsiyəmiz odur ki evə əşya alarkən dəbdə olan əşya yox, hər zaman istifadə edə biləcəyiniz, evinizlə uyğunluq içində olan əşyaları seçin. Bu rəng seçimi üçün də vacibdir. Bu ilin dəbi olan rəng növbəti ildə artıq dəbdən düşür.
Mətbəxə künc divan alarkən nələrə diqqət etməliyik?
1. Künc divanı mətbəxinizin ölçülərinə uyğun seçin. Mətbəxiniz kiçikdirsə künc divanla mətbəxinizdə genişliyi yarada bilərsiniz.,kunc,divan,dizayn
2. Künc divanla masa rəngləri uyğunluq içində olmalıdır və bu ikili mətbəx mebeli ilə də uyğunlaşdırılmalıdır.
3. Dizaynla bərabər masanın və divanın da möhkəmliyinə diqqət edin.
4. Material seçimində tez və rahat təmizlənən materiallar seçin. Məsələn, mətbəxiniz üçün şüşədən hazırlanmış masa almayın. Şüşə gözəl görünməyinə baxmayaraq çox sildikdə üstü əvvəlki görünüşdə olmur, üzəri kiçik cızıqlardan ibarət olur. Mətbəx masanızı ağac və ya daş materiallardan etməyiniz daha doğru olardı. Künc divan üçün isə daha tez təmizlənə bilən materialda parça seçilməlidir. Divan nə qədər keyfiyyətli olsa da üzəri üçün istifadə edilən parça keyfiyyətsiz olarsa görünüş heç xoş olmayacaq.
5. Və ən əsası künc divan seçilərkən rahatlığa da önəm verilməlidir. Hər kəsin evdə ən çox vaxt keçirdiyi yer olan mətbəxlər bir növ ailənin istirahət etdiyi yerdir. Bu yer elə dizayn edilməlidir ki insanlar mətbəxdə yorğunluqlarını biraz da olsa atsınlar.
Etiketlər: divan, istifadə, seçin, mətbəxdə, bilərsiniz, içində, uyğunluq, parça, vacibdir, alarkən, qədər, uyğun, əşyaları, dəbdən, divanla, üzəri, dizayn, diqqət, dəbdə, Mətbəx