• Mətbəx üçün yemək masası necə seçilməlidir?

Reseptin məlumatları Baxış sayı: 3 240

Tarix : 6-06-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəxinizi yeniləyirsinizsə və ya yeni bir evə köçürsünüzsə yeni bir yemək masasına ehtiyacınız olacaq. Yemək masası seçmək eyni ilə mətbəx mebeli seçmək qədər vacibdir.

Mətbəx evin digər otaqlarından fərqlənir. Günümüzün çox hissəsini keçirdiyimiz bu otağın dizaynı, rahatlığı çox vacibdir. Doğru bir yemək stolu seçərək həm otağı olduğundan daha geniş göstərə bilərsiniz, həm də uzun müddət rahatlıqla istifadə edə bilərsiniz. Bu masada səhər, günorta və hətta axşam yeməyi yeyilir. Demək olar ki, qonaq otağında olan yemək masasından daha çox istifadə edilir. Bu səbəbdən mətbəx masasının seçimi qonaq otağındakı yemək masasının seçimindən daha vacibdir.

Son dövrlərdə mətbəx üçün yemək masası modelləri çoxalmışdır və bu seçim zamanı sizi çətinliyə sala bilər.

Yemək masası seçərkən ilk öncə mətbəx genişliyi və masa ətrafında neçə nəfər oturacaq nəzərə alınmalıdır. Stol hara qoyulacaqsa həmin yerin ölçüləri alınmalı və o yerə uyğun stol və stullar seçilməlidir.

Mətbəx stolu alarkən bunlara diqqət etməlisiniz:
Stolun tez xarab olmağını istəmirsinizsə keyfiyyətli materiallar seçməlisiniz. Yemək stolunu çox siləcəyiniz üçün rəngi silindikcə xarab olmayan, keyfiyyətli materialdan olmalıdır.

Masanın ölçüsü mətbəx otağının ölçüsünə uyğun olmalıdır. Mətbəx kiçikdirsə çox yer tutan masa seçməməlisiniz. Kiçik mətbəxlərdə yığıla bilən stollar köməyinizə çatacaqdır.

Əgər, evdə azyaşlı uşaq varsa bu zaman stolun kənarları oval olan modeli seçməyinizdə fayda var.

Dar mətbəxiniz varsa kvadrat 4 nəfərlik masa seçə bilərsiniz.

Mətbəxiniz kiçikdirsə bar stullarından istifadə edərək yer qazanmış olacaqsınız.

Yemək stolunda rəng seçimi.
Mətbəxiniz genişdirsə bu zaman isti rəngli stol və stullar seçməlisiniz. Dar, kiçik mətbəxə sahibsinizsə bu zaman mütləq açıq rənglər və hətta ağ rəng seçiminiz olmalıdır. Bununla siz mətbəxdə daha geniş görünütüyə sahib olacaqsınız.

Yemək masası ölçüləri.
Yemək stolunda 1 nəfər üçün ortalama ölçü 63 sm olaraq müəyyənləşmişdir. Lakin, rahat yemək yeyə bilmək üçün ən ideal ölçü 73 sm-dir. Stul stoldan çəkildikdən sonra stuldan arxada qalan boşluq 55-65 sm arası və ya daha çox olmalıdır. Bu ölçülərdən kiçik olmağı gediş gəlişi çətinləşdirəcək. Hündürlük üçün isə 76 sm uyğundur.
Etiketlər: yemək, Yemək, mətbəx, masası, olmalıdır, vacibdir, istifadə, bilərsiniz, Mətbəx, zaman, seçimi, seçərkən, diqqət, masasının, hətta, kiçik, stolunda, nəfər, qonaq, uyğun
BİZİ İZLƏYİN