• Metbəx mebelləri necə secilməlidir?

Reseptin məlumatları Baxış sayı: 5 305

Tarix : 22-06-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəx, evin ən çox istifadə edilən və təbii olaraq ən çox dağılan hissəsidir. Doğru seçilmiş mətbəx mebelləri ilə bu dağınıqlığın qarşısını ala bilərsiniz. Düzgün seçim edilmiş mətbəxdə siz mətbəxə tərzinizi yansıtmaqla bərabər, eyni zamanda rahat işləmək üçün yer qazanmış olacaqsınız. Mətbəx mebellərinin necə seçildiyini çox azımız bilirik. Düzgün seçimi etmək üçün biz mətbəx mebelinin quruluşu, mətbəx stilləri və material seçimi haqqda məlumatlanmalıyıq.

Metbex Mebellerinin tərzi.
Hər bir xanım mətbəxində ilk öncə xarici görünüşə önəm verir. Bu səbəbdən siz mətbəxin ilk öncə tərzini və rəngini müəyyən etməlisiniz.

Modern metbex mebelleri – Modern mətbəxlər özündə sadəliyi, funksionallığı və rahatlığı birləşdirir. İstifadə rahatlığına görə hal-hazırda ən çox istifadə edilən mətbəxlərdir. Modern mətbəxlərin estetik görünüşü əsasən son zamanların trendləri əsasında formalaşır. Modern üslub, klassik tərzi rədd edərək sadəliyi və rahatlığı özündə birləşdirir. Modern mətbəxlər həm böyük mətbəxi, həm də kiçik mətbəxi olanların seçimidir. Country tərz mətbəx mebelinə açıq mat tonları uyğundursa, modern mətbəxlərə parlaq fasadlı dolablar uyğundur. Modern mətbəxlərdə bir çox rəng seçimi vardır. Rəngi yaşadığınız dövrün dəbdə olan rəngləri əsasında formalaşdıra bilərsiniz.

Klassik metbex mebelleri
– Klassik dizayn dedikdə ilk öncə insanın gözü önünə göstərişli, işləməli dizaynlar gəlir. Bu qismən doğru olsa da, tam da belə deyil. Klassika keçmişin izlərini özündə yaşadan bir stil olub, hər dövr üçün aktualdır. Klassik mətbəx mebeli geniş mətbəx otağı üçün uyğundur və kiçik otaqda çox da gözəl görünməyə bilər. Geniş bir bağ eviniz varsa, seçiminiz mütləq klassik mebel olmalıdır.

Country terz metbex mebelleri – Country tərz mətbəx mebelinin hazırlanmasında əsasən ağac materialından istifadə edilir. Bu tərz mətbəx üçün rəng seçimində ehtiyatlı olmalısınız. Göz yoran parlaq rənglərdən qaçılmalı, açıq və sakit tonlar seçilməlidir. Bu sakitliyi və sadəliyi çiçək dekoru ilə poza bilərsiniz. Bir vaza çiçək mətbəxinizə rəng qata bilər. Bu tərz mətbəxdə sadəliyi siz rəngli künc divan, rəngli stol, stul və divar rəflərində yer alan rəngli qablarla da poza bilərsiniz. Bundan əlavə olaraq hər bir mətbəx kimi country tərz mətbəx də aydınlıq və fərah olmalıdır. Bu tip mətbəx otağı üçün köhnə tipli stol-stul çox uyğun görünəcək.

Ən yaxşı metbex mebeli rəngi.
Mətbəxiniz geniş və işıqlıdırsa tünd rəngləri rahatlıqla seçə bilərsiniz.

Ağac dizaynlı və qəhvəyi tonlarında mətbəx mebeli, günəş işığı alan mətbəx otaqları üçün uyğundur.

Kiçik mətbəxə sahibsinizsə, mebeli mütləq ağ və açıq tonlardan seçməlisiniz.

Parlaq fasadlarla otağa daha geniş görünütü verə bilərsiniz.

Evinizə uyğun mətbəx mebeli necə seçilməlidir?
Mətbəxdə iş üçbucağı.

Mətbəx üçbucağı dedikdə, bişirmə, saxlama, yuma hissələrinin bir-biri ilə əlaqəli şəkildə yerləşməsi başa düşülür.

Mətbəx, iş üçbucağına uyğun dizayn olunmalıdır. Bu nizamlama mətbəxdən istifadəni rahatlaşdıracaq.

Mətbəxi maksimum dərəcədə rahatlığınızı təmin edəcək şəkildə dizayn etməlisiniz. Yemək hazırladığınız hissəyə ən yaxın dolabı qazan və tavalarınız üçün ayırmalısınız.

Mətbəxdə çox istifadə etdiyiniz qabları çanağın yaxınlığındakı dolabda yerləşdirməlisiniz.

Saxlama dolabının ölçüsünü istifadəyə görə müəyyən etməlisiniz.

Yemək hazırladığınız dəzgahı qaz sobası ilə çanağın arasında yerləşdirin. Siz bununla həm yuma, həm də bişirmə hissəsinə yaxın olacaqsınız. Dəzgahın genişliyi, davamlılığı və materialı çox vacibdir.

Zibil qutusunu siz çanağın altında yerləşdirə bilərsiniz.

Künc Metbex Mebelleri.
L tipli künc mətbəxlər sizə bir çox məqamda avantaj yaradacaq. Künc mətbəxlər həm kiçik, həm də böyük mətbəxlərə uyğundur. Künc hissəni siz çanaq və ya siyirmələr üçün ayıra bilərsiniz.

Ada Metbex Mebelləri.
Yeməklərinizi hazırlayıb, eyni zamanda ailəniz və dostlarınızla söhbət edərək xoş vaxt keçirmək üçün ideal bir seçimdir. Ada mətbəx mebeli ilə siz həm iş görmək üçün, həm də yemək yemək üçün əlavə yer qazanmış olacaqsınız.

U Şəkilli Mətbəx Mebelləri.
U şəkilli mətbəx mebelləri kiçik mətbəx otağından maksimum dərəcədə istifadə etmək üçün mükəmməl bir seçimdir. U şəkilli mətbəxdə siz mətbəx otağının hər 3 divarını istifadə edəcəksiniz.

Mətbəx mebeli üçün hansı materiallardan istifadə edilməli?
Mətbəx dolabları üçün müxtəlif keyfiyyətə və qiymətə uyğun bir çox material seçimi vardır.

Mətbəx mebeli materialı seçərkən materialın suya, istiliyə və buxara davamlı olmağı vacibdir. Bundan əlavə olaraq, mətbəx mebeli uzun müddətli istifadə edildiyi üçün materialın dözümlü olmalı və eyni zamanda gözə xitab etməlidir.

Mətbəxinizə münasib qiymətə keyfiyyətli materialı seçməyiniz üçün siz materiallardan xəbərdar olmalısınız.

MDF Metbex Mebelleri
Orta sıxlığa malik taxtalifi mənasını verib, ağac lifləri ilə yapışdırıcının yüksək temperaturda preslənməsindən hazırlanır. Liflər sıx olduğu üçün MDF löhvələr çox möhkəm materiala sahib olur. Rəngləmək və laminə etmək üçün ideal bir seçim olub, üzərində müxtəlif dizaynlar etmək mümkündür. Ağacın bütün üstünlüklərinə malikdir. Qiymət cəhətdən isə çox münasibdir. Nəmə və rütubətə davamlı olduğundan, mətbəx mebeli üçün ən yaxşı material hesab olunur.

DSP materialdan hazırlanmış metbex mebelleri
Ağac hissəciklərinin isti preslə preslənməsindən hazırlanan materialdır. DSP ən sərt tələblərə uyğun material olub, mətbəx üçün uyğundur. Mismar və şurupları möhkəm saxlama qabiliyyətinə mailkdir. Ağac hissələri sıx olmadığı üçün zaman keçdikcə çatlamalara səbəb ola bilər.

Bundan əlavə olaraq DSP-ni rahat boyamaq mümkün olmur. MDF-lə müqayisədən keyfiyyəti aşağıdır, qısa ömürlüdür. Davamlı olaraq suya və nəmə məruz qaldıqda tez xarab olur. Qiymətcə ucuz materialdır.

Təbii ağacdan hazırlanmış metbex mebelleri
Bir çox ağac materialından mətbəx mebeli hazırlamaq mümkündür. Klassik mətbəx mebellərində təbii ağacın istifadəsindən geniş istifadə edilir. Qiymətcə digər materiallardan daha bahadır. Tək mənfi cəhəti dolab qapaqlarının ağır olmasıdır.

Mətbəx mebeli fasadının əsasını MDF, DSP və ya Təbii ağac təşkil edir. Həmin materialın üstünə çəkilən dekorativ üzlük həm əsas materialı qoruyur, həm də görünüşü yaxşılaşdırır. Dekorativ üzlük kimi aşağıdakı materiallardan istifadə edilir.

Laminat Metbex Mebelleri
LDSP olaraq da adlanan bu material DSP-ni laminə etmək metodu ilə hazırlanır. Bu materialı istənilən rəngə boyamaq mümkündür. Laminatlı mətbəx mebeli ən ucuz mətbəx mebeli sayılır. Bu material, üzərində müxtəlif dizaynlar vermək üçün əlverişli deyil. Əgər mətbəxinizi tez-tez yeniləyirsinizsə seçiminiz ola bilər.

Boyanmış MDF
MDF fasadın üzərinə astar çəkilərək maşın-qayırmada istifadə edilən boya ilə boyanır və cilalanır. Hazırlama prosesi çətin olduğu üçün çox qiymətlidir. Boyalı fasadlara siz mat, parlaq, metallik və başqa tip görüntü verə bilərsiniz. Boyalı fasadın günəş şüasının təsiri ilə rənginin solma problemi var.

Membran Metbex Mebelleri
MDF materialın səthinə PVC yapışqan çəkilir və membran presin köməyi ilə PVC folqa yapışdırılır. Uzunömürlü material olub, rahat təmizlənmə xüsusiyyəti var.

Akrilik Metbex Mebelleri
MDF üzərinə parlaq folya yapışdırılaraq əldə edilən dolab qapaqlarıdır. Suya və çızılmağa qarşı çox dayanıqlıdır. Həm mat, həm də parlaq istifadə edilə bilər. Akrilik fasadlar yüksək parlaqlığı ilə mətbəx otağınızı olduğundan daha geniş göstərəcək. Yüksək keyfiyyətli material olduğu üçün qiyməti yüksəkdir.

High Gloss Metbex Dolablari
Akrilik mətbəx dolabları ilə bir çox cəhətdən oxşarlıq təşkil edir. Parlaq səthi həm, ləkələri tez təmizləməyə kömək edir, həmdə otağı geniş göstərir. Günəş şüası və suya qarşı çox davamlı materialdır. Sonsuz rəng seçiminə malikdir.

Lake
Lake mətbəx dolabları son illərdə daha çox istifadə edilir. Bunun əsas səbəbi görünüşünün təbiiliyi və ağac materiala yaxın olmasıdır. Əsasən, coutry və rustik tərz mətbəxlər üçün hazırlanır. Təbiilik axtaranların seçimi olmalıdır.
Etiketlər: mətbəx, mebeli, istifadə, bilərsiniz, Mətbəx, material, Metbex, metbex, olaraq, Modern, geniş, mebelleri, etmək, materialı, bilər, uyğun, uyğundur, seçimi, Mebelleri, mətbəxlər
BİZİ İZLƏYİN