Həftəyə 5 kq necə arıqlamaq olar? Aynadakı görkəminizin əksi öz qeyri-kamilliyinizi hiss etdirəndə, arzuladığınız paltar mağaza vitrinindən sizi çağıranda bu sual daha böyük aktuallıq qazanır. Sizə bədən quruluşunuzu pəhriz, bədən tərbiyəsi və bürünmələr köməkliyi ilə korrektə etməyi təklif edirik.
“Həftəyə 5 kq minus” dietası
Bu pəhriz kifayət qədər tez bir şəkildə çəkini azaltmağa imkan verir, buna görə də onun yarım ildə bir dəfədən çox təkrar etmək lazım deyil.
Bazar ertəsi menyusu
• Kartof mundirdə – 1 kq
• Təzə və ya qaynadılmış tərəvəzlərdən, alma sirkəsi və soyuq sıxılmış zeytun yağı əlavəsi ilə salat
• Limonla yaşıl çay (şəkərsiz ) – 3 st.
• Qazsız mineral su – 1.5 l.
Kartof və salatı duzlamaq olar, lakin az miqdarda.
Çərşənbə axşamının menyusu
• Əsasını kələmin təşkil etdiyi istənilən tərəvəz yeməkləri (gün ərzində müxtəlif növ kələmlərə düqqət yetirmək lazımdır).
• Təzə və ya qaynadılmış tərəvəzlərdən, alma sirkəsi və soyuq sıxılmış zeytun yağı əlavəsi ilə salat
• Limonla yaşıl çay (şəkərsiz) – 3 st.
• Qazsız mineral su – 1.5 l.
Çərşənbə menyusu
• Məhdudiyyətsiz sayda turş-şirin meyvələr
• Qazsız mineral su – 1.5 l
Cümə axşamının menyusu
• Qaynadılmış piysiz ət çeşidləri – 200 qr
• Təzə və ya qaynadılmış tərəvəzlərdən, alma sirkəsi və soyuq sıxılmış zeytun yağı əlavəsi ilə salat
• limonla yaşıl çay (şəkərsiz ) – 3 st.
• Qazsız mineral su – 1.5 l
• Qaynadılmış çay balığı – 250 qr.
• Alma sirkəsi və soyuq sıxımlı zeytun yağı ilə ağ kələm salatı
• Təzə və ya qaynadılmış tərəvəzlərdən, alma sirkəsi və soyuq sıxılmış zeytun yağı əlavəsi ilə salat
• limonla yaşıl çay (şəkərsiz ) – 3 st.
Bu gün duz tam olaraq qadağa altındadır.
Şənbə menyusu
• Yağsızlaşdırılmış kefir və ya içməli yoqurt – 1 - 1.5 l.
• Arıqlamaq üçün aptek çayı (şəkərsiz)
Bazar menyusu
• Yağsız çeşidlərdən qaynadılmış ət – 200 qr.
• Təzə və ya qaynadılmış tərəvələrdən, alma sirkəsi və soyuq sıxılmış zeytun yağı əlavəsi ilə salat
• Arıqlamaq üçün aptek çayı (şəkərsiz)
Fiziki yükləmələr
Siz səhər idmanından və ya piyada gəzintidən başlayaraq trenajor zalında məşq və ya hovuzda məşğələyə qədər olan istənilən yüklənmə növünü seçə bilərsiniz. Həftəyə 5 kq. çəki atmaq istəyirsinizsə, siz gündə məşğul olmalısınız, lakin fanatiklik olmadan – “həftəyə 5 kq minus” pəhrizi kaloriliyi kifayət qədər kəsir, buna görə də orqanizmi həddən artıq yükləmək lazım deyil.
Biz isə sizə bir neçə mühüm məsləhət verəcəyik.
1. Səhər, yuxudan durduqdan təxminən 30-60 dəqiqə sonra mürəkkəb olmayan hərəkətlər komplesinə diqqət yetirin – bu metabolizmi sürətləndirməyə imkan vercəkdir.
2. Əgər daha intensiv məşqlər tərəfdarısınızsa, onda məşqin birinci yarısında əzələləri tam proqramla yükləyin, ikinci hissədə isə daha yüngül hərəkətlərin yerinə yetirilməsinə keçin. Belə yanaşma əks qaydada hərəkətlərin yerinə yetirilməsində olduğunda 23% artıq kalori “yandırılmasına” şərait yaradacaqdır.
3. Siz əgər ağırlıqlı gödəkçə geyinməklə idmanla məşğul olsanız 8-10% daha çox piy toxumasının yanmasına nail ola bilərsiniz (optimal yükləmə bədən çəkisinin 10% həcmindədir).
4. 20 dəqiqə ərzində girlərlə hərəkətlər 16 km/saat sürətlə qaçış zamanı (elə həmin 20 dəqiqə ərzində) yandırdığınız qədər kalori çıxaracaqdır.
5. Çəki atılmasını skandinaviya yerişi ilə (yükləmələrin bu variantı “xizək” çubuqlarından istifadəni nəzərdə tutur və adi idman yerişində olduğundan 20% artıq kalori yandırır) məşğul olmaqla sürətləndirmək olar.
6. Əgər sizin qaçış və idman yerişindən xoşunuz gəlmirsə, onda futbol oynayın – bu çox azartlı oyundur və həm də qaçışda olduğundan daha artıq kalori yandırmağa imkan verir. Əsas özünə həmfikir tapmaqdır.
7. Arıqlamağa çalışarkən 6-8 saatdan nə az, nə də çox dincəlməyin. Uzunmüddətli yuxu və ya yuxusuzluq arıqlamağa mane olur, amma tamdəyərli yuxu zamanı isə müəyyən miqdarda kalori yanır.
Arıqlama üçün bürümələr
Bürümələr əla şəkildə bədən görünüşünü korrektə edir, baxmayaraq ki, optimal nəticənin əldə edilməsi üçün mütəmadi prosedurların həyata keçirilməsi zərurəti mövcuddur.
Sizin diqqətinizə antisellülit tərkibli ən faydalı reseptlərdən birini təklif edirik. Onu bədənin problemli zonalarına çəkin, əvvəlcədən dərini qaşovla təmizləyin (ev qaşovunu duş üçün geli qəhvə ilə qarışdırmaqla düzəltmək olar).
Antisellülit tərkibinin hazırlanması üçün inqredientlər:
• Toza qədər çəkilmiş yaşıl çay – 5 x.q.
• Təbii çiçək balı – 2 x.q.
• Narın darçın –2 ç.q.
• Qaynar su
Yaşıl çaydan olan tozu qaynar su ilə qarışdırın (qatı sıyıq alınmalıdır), darçın və maye bal əlavə edin. Ciddi-cəhdlə hamısını qarışdırın, 40C qədər soyudun və bədənə çəkin. Sürtülmüş yeri qida pərdəsi ilə bürüyün və isti bir şey geyinin. 40-60 dəqiqə sonra tərkibi isti su ilə yuyun və bədənə antisellülit kremi çəkin.
Prinsipcə ev şəraitində həftəyə 5 kq arıqlamaq elədə çətin deyil, daha çətin olan əldə edilən nəticəni qoruyub saxlamaqdır.
Etiketlər: sirkəsi, qaynadılmış, menyusu, soyuq, zeytun, şəkərsiz, qədər, salat, əlavəsi, sıxılmış, yaşıl, kalori, dəqiqə, mineral, Qazsız, artıq, bədən, tərəvəzlərdən, imkan, çəkin