• Maneken xanımların dietası

Reseptin məlumatları Baxış sayı: 5 063

Tarix : 19-08-2017, 11:00

Bölmə : Pəhriz (diet)


Maneken xanımların pəhrizi tez bir zamanda çəki atmağa kömək edir – son dəblərin nümayiş etdirilməsindən əvvəl podium ulduzlarına da məhz bu lazımdır. Hərçənd, aşağıda təklif edilən pəhriz variantlarına həmin məşhur peşədən uzaq olan insanlar da müraciət edə bilərlər.

3 günlük maneken dietası
Pəhriz zamanı karbohidratlardan, piylərdən, duzdan və alkoqoldan imtina etmək lazım gələcəkdir.

Gündəlik rasion

• Səhər yeməyi:
İlıq bişirilmiş yumurta


• Nahar və şam yeməyi:
175 qr. yağsız kəsmik (onu 150 qr. qaynadılmış pəhriz əti və ya 50 qr. aşağı kalorili pendirlə əvəz etmək olar)

Gün ərzində 2 l su və ya şirin olmayan çay içmək lazımdır.

Manekenlər üçün iki həftəlik dieta

Həftəlik menyu:
Bazar ertəsi
• Səhər yeməyi: meyvə yoqurtu və ilıq bişirilmiş yumurta, eləcə də şirin olmayan içki
• Nahar: çovdar suxarıları ilə soğan şorbası, su və tərəvəz salatı
• Qəlyanaltı: 250 ml yağsız şorba, ot çayı və təbii şirə (seçim sizindir)
• Şam yeməyi: qaynadılmış ət (100 qr. qədər), 50 qr. aşağı kalorili pendir, yağsız kefir

Çərşənbə axşamı
• Səhər yeməyi: doğranmış çörəkdən iki ədəd tost, iri portağal və şirin olmayan çay
• Nahar: krevetka (100 qr. qədər) və ya qaynadılmış dana əti (100 qr.), yağsız yoqurt
• Qəyanaltı: 250 ml təbii şirə, ot çayı və yağsız şorba (seçim sizindir)
• Şam yeməyi: qaynadılmış rəngli kələm (100 qr.), qabığında qaynadılmış kartof (1 yumru), doğranmış çörək (1 qırıq), soya sousu, şirin olmayan çay

Çərşənbə
•Səhər yeməyi: pəhriz verçinası qırığı, yarım qutu yağsız kəsmik, eləcə də qəhvə və ya çay (işkini şəkər əvəzləyicisi ilə şirinləşdirmək olar)
• Nahar: qaynadılmış kartof (1 yumru), pörtlədilmiş kələm (100 qr.), eləcə də 100 qr. şampinyon və kivi.
• Qəlyanaltı: 250 ml təbii şirə, ot çayı və yağsız şorba (seçim sizindir)
• Şam yeməyi: pörtlədilmiş balıq (100 qr. qədər), yağsız yoqurt və ya kefir

Cümə axşamı
• Səhər yeməyi: 25 qr. müsli, böyük olmayan banan, tomat şirəsi, şirin olmayan qəhvə
• Nahar: soğanla balıq filesi (100 qr. qədər), qaynadılmış yumurta
• Qəyanaltı: 250 qr. təbii şirə, ot çayı və ya yağsız şorba (seçim sizindir)
• Şam yeməyi: göyərti ilə pörtlədilmiş ağ lobya, bitki yağının əlavə edilməsi ilə tərəvəz salatı, qaynadılmış kartof (1 yumru), tost və şirin olmayan

Cümə
• Səhər yeməyi: qaynadılmış yumurta, yağsız yoqurt, şirin olmayan çay (şəkər əvəzləyicisi əlavə etmək olar)
• Nahar: soya sousu ilə qonur düyüdən sıyıq (100 qr.), bitki yağı ilə qaynadılmış çuğundur salatı, tomat və ya digər tərəvəz şirəsi
• Qəyanaltı: 250 ml təbii şirə, ot çayı və ya yağsız şorba (seçim sizindir)
• Şam yeməyi: yağsızlaşdırılmış kəsmik (100 qr. qədər), aşağı kalorili pendir (50 qr.), isti yağsız sü

Şənbə
• Səhər yeməyi: yağsız süd ilə qarğıdalı dənələri (25 qr.), əlavələrsiz yoqurt, şirin olmayan qəhvə
• Nahar: şampinyonlar (100 qr.), qonur düyüdən sıyıq (100 qr.), kələm salatı və sitrus şirəsi
• Qəyanaltı: 250 ml təbii şirə, ot çayı və ya yağsız şorba (seçim sizindir)
• Şam yeməyi: yaşıl cəfəri və zeytun yağı ilə kələm salatı, tost, kivi meyvəsi (2 əd.), yaşıl çay

Bazar
• Səhər yeməyi: qaynadılmış yumurta, 100 qr. yağsız pendir, şirin olmayan işki
• Nahar: qızardılmış şampinyonlar (100 qr. qədər), qonur düyüdən sıyıq (100 qr.), kələm salatı və sitrus şirəsi
• Qəlyanaltı: 250 ml təbii şirə, ot çayı və ya yağsız şorba (seçim sizindir)
• Şam yeməyi: xərçəng çubuqları (50 qr), pörtlədilmiş qaraciyər (150 qr.), yağsız isti süd.

Manekenlər üçün pəhrizinin ikinci həftəsinin yeməkləri çeşidi tam olaraq birinci ilə üst-üstə düşür.

Rəylər və nəticələr
Rəylərə əsasən hər iki maneken pəhrizi variantı tez bir zamanda çəkinin azalmasını təmin edir, lakin ikinci variant daha üstündür.
Etiketlər: yağsız, yeməyi, qaynadılmış, olmayan, şirin, Nahar, sizindir, Səhər, təbii, seçim, şorba, qədər, salatı, kələm, yumurta, Qəyanaltı, pörtlədilmiş, şirəsi, yoqurt, etmək
BİZİ İZLƏYİN