• Yeyərək arıqlamaq istəyənlərə 13 məsləhət

Reseptin məlumatları Baxış sayı: 9 965

Tarix : 18-04-2019, 10:00

Bölmə : Pəhriz (diet)


1. 3 ağ məmulatdan – un, şəkər tozu və duz tərkibli qidalardan imtina etməli.

2. Bol su içməli, xüsusilə səhər acqarına (qaynadılmamış və strelizə olunmuş).

3. Daha sonra 1 fincan südsüz və demək olar ki, şəkərsiz qəhvə içməli.

4. Yalnız və yalnız ac olduğunuz halda yemək yeməlisiniz.

5. Səhər qəhvə içmək kifayət edir.

6. Əgər çox acmısınızsa, o zaman saat 12:00-dan sonra 2 soyutma yumurta (duzsuz) və ya kartof, ya da həcmi böyük olmayan soyutma toyuq və yanında 1 pomidor yeyə bilərsiniz.

7. Ananas, alma və ya portağal şirəsini içə, ya da meyvəsini yeyə bilərsiniz.

8. Axşam saat 18:00-dək ac qalmağınız vacib şərtdi. Əgər mümkün olmasa, o zaman 1 ovuc badam, kişmiş, qaysı qurusu və qara gavalı yeyə bilərsiniz.

9. Qara çaydan imtina edərək, yaşıl çaya üstünlük verməlisiniz. Metabolizmin sürətlənməsi üçün darçın və ya zəncəfil çaylarından da istifadə etmək olar. Təbii ki, çayı şəkərsiz, quru meyvələrlə içməlisiniz.

10. Saat 18:00-dan sonra yağsız və duzsuz şəkildə qaynadılmış və üzərinə qatıq əlavə olunmuş dənli bitkilərdən – qarabaşaq, qəhvəyi düyü, bulqur, yarma və s. hazırlayın. Üzərinə 200 qr. soyutma mal, toyuq və balıq əti əlavə edərək yeyin.

11. Saat 21:00-22:00 radələrində möhkəm acsanız, o zaman çoban salatı yeməklə kifayətlənməlisiniz.

12. Saat 22:00-dək bütün işlərinizi bitirib yatmalısınız. Araşdırmalar göstərir ki, saat 22:00 radələrində yuxuda olan şəxslərdə boy hormonları ifraz olunur ki, bu da arıqlamaq üçün əlverişli məqamdı.

13. Gün ərzində mümkün qədər çox piyada gəzin, velosiped sürün, hovuzda üzün, aerobika, yoqa və ya pilateslə məşğul olun.
Etiketlər: zaman, sonra, soyutma, bilərsiniz, qəhvə, şəkərsiz, edərək, əlavə, mümkün, olunmuş, toyuq, radələrində, duzsuz, içməli, imtina, bulqur, aerobika, qəhvəyi, yarma, qarabaşaq
BİZİ İZLƏYİN