• Artiq çəki artiq dərddirmi?

Reseptin məlumatları Baxış sayı: 3 335

Tarix : 15-04-2019, 10:00

Bölmə : Pəhriz (diet)


Artiq çəki nədir
Artiq çəki - yaxın dövrlərə qədər qüvvət, sağlamlıq və varlılıq əlaməti hesab edildiyi halda, günümüzdə müalicə edilməsi vacib olan bir xəstəlikdir. Hətta 30-40 il öncəsinə qədər cəmiyyətə “gözəl, normal” kimi təqdim edilən qadınlar, kişilər günümüzdə “artıq çəkili” hesab edilənlərdir. Bu hal atalar sözlərimizə belə təsir etmiş, bizdən qabaqkı nəsillər “bir parça ət, min ayıbı örtər” demişlər.
Artıq çəki - qarın tipli və ya göbək tipli olarsa, ürək- damar xəstəlikləri riski daha çoxdur. Buna görə də, bel çevrəsi əsas göstəricilərdən biridir və normada kişilərdə 94, qadınlarda isə 80 sm-dən az olmalıdır (İDF).
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildən-ilə dünyada artıq çəki və piylənmənin sürətlə artdığını qeyd edir ki, bu da çox ciddi haldır. Azərbaycanda isə kişilərin 50, qadınların isə 60%-də artıq çəki problemi var.

Artıq çəkinin səbəb olduğu xəstəliklər
Hazırki dövrdə artıq çəki və piylənmənin; infarkt, yüksək qan təzyiqi, iflic, şəkər xəstəliyi, süd vəzi, uşaqlıq, prostat və yoğun bağırsaq xərçəngi, varikoz, apnoe – yuxuda nəfəsin dayanması, hipoksiya, çətin doğuş, yumurtalıqların polikistozu – PKOS, depressiya, yırtıqlar, artrit kimi xəstəliklər üçün çox mühüm risk faktoru olduğu sübut edilmişdir.

Alış-veriş zamanı tövsiyələr
Ərzaq məhsullarını almağa acqarına getməmək

Alınacaq şeylərin siyahısını əvvəlcədən hazırlamaq

Siyahıdakı mallara yetəcək qədər pul götürmək

Yeyilmək üçün hazır vəziyyətdə olan ərzaqları almamaq

2 qidadan daha az kalorili olanını seçmək

Ərzaqlar barədə olan televiziya proqramlarına və ya reklamlara baxmamaq

Yeməklə əlaqədar bəzi tövsiyələr
Yeyilə bilən şeyləri göz qabağında saxlamamaq

Mətbəxdə çox vaxt keçirməmək, işi bitincə, uzaqlaşmaq

Yeməməsi gərəkən qidaları evdə saxlamamaq

Çömçə, iri xörək qaşığı və s. kimi köməkçi vasitələrin kiçik olmasına diqqət etmək

Yeməklə dolu qazanı və ya tavanı süfrəyə qoymamaq

Yemək bitən kimi masadan qalxmaq

Boşqabda yemək saxlamaqdan çəkinməmək, qalanını o biri öyünə saxlamaq

Tikələri yaxşıca və aramla çeynəyərək dadını hiss etməyə çalışmaq

Loxmalar arası zamanda çəngəl-qaşığı yerə qoymaq

Yemək vaxtı başqa işlə məşgul olmamaq (televizora baxmaq, kitab oxumaq və s.)

Təkrar qoya biləcəyini düşünərək boşqabına ilk dəfədə az yemək qoymaq

Alkoqol, dadlı sous və ədviyyatlardan qaçmağa çalışmaq
Etiketlər: artıq, qədər, tipli, olduğu, qoymaq, Yemək, Artıq, çalışmaq, Yeməklə, yemək, günümüzdə, xəstəliklər, saxlamamaq, Artiq, piylənmənin, qaşığı, tövsiyələr, hesab, Mətbəxdə, proqramlarına
BİZİ İZLƏYİN